BDU Fransanın Lion 2 Universiteti ilə ikili diplom verəcək
05:18 30.01.2019
Arxiv
620
Bakı Dövlət Universitetində Fransanın Lion 2 Universitetinin hüquq fakültəsinin dekanı, professor Giyoni Protyerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Universitetdən "Sherg.az"a verilən məlumata görə, BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elm və təhsil sahəsində əldə olunan nailiyyətləri ətraflı qeyd edərək Azərbaycanın 2005-ci ildən qoşulduğu Bolonya prosesi çərçivəsində ali təhsil sahəsində aparılan islahatlar, həyata keçirilən ikili diplom proqramlarının əhəmiyyəti barədə məlumat verib.
Ötən ilin mayında Fransanın Paris şəhərində Avropa Ali Təhsil Məkanı nazirlərinin konfransında iştirak etdiyini bildirən Firudin Qurbanov tədbirin ali təhsil sahəsində növbəti 10 il üçün ortaq dəyərlərin müəyyənləşdirilməsi və ölkələrarası ali təhsil sahəsində qarşılıqlı əlaqələrin istiqamətində müzakirələrin aparılması baxımından səmərəli olduğunu vurğulayıb. 100 illik yubiley ərəfəsində olan BDU-nun beynəlxalq əlaqələrindən danışan F.Qurbanov, Fransa universitetləri ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
Professor Giyoni Protyer öz növbəsində, Azərbaycanda, o cümlədən Bakı Dövlət Universitetində olmasından məmnunluğunu ifadə edib, BDU ilə ilkin tanışlığın onda xoş təəssürat yaratdığını söyləyib.
Universitetlərarası münasibətlərin perspektivləri barədə aparılan görüşün nəticəsi olaraq Bakı Dövlət Universiteti və Lion 2 Universitetinin müəllim və tələbə heyətinin elm, təhsil ehtiyaclarına böyük əhəmiyyət verərək, hüquq sahəsində ali təhsilin ixtisaslaşdırılmış sahələrinin yaradılması ehtiyacını əsas götürərək, əqli mülkiyyət hüququ fənninin peşəkar səviyyədə və yüksək səriştə ilə tədris olunmasını, habelə, sözügedən sahənin cəmiyyətdə aktuallığını nəzərə alaraq BDU-nun hüquq fakültəsi ilə Lion 2 Universitetinin hüquq fakültəsinin magistratura pilləsində "Əqli mülkiyyət hüququ” sahəsində ikili diplom proqramı üzrə kadr hazırlığı məqsədilə niyyət protokolu imzalanıb. Protokolda birgə proqramlar, müəllim və tələbə mübadilələri, seminarlar, simpoziumlar, konfransların keçirilməsi, "Əqli mülkiyyət hüququ” sahəsində ikili diplom proqramı üzrə kadr hazırlığı məqsədilə mütəxəssis mübadiləsinin həyata keçirilməsi kimi məsələlər öz əksini tapıb.
Qeyd edək ki, 210 yaşlı Lion Universiteti 1809-cu ildə təsis edilib. 1874-cü ildən bu universitetdə hüquq fakültəsi yaradılıb və 1960-cı illərdə həmin universitet 2 müstəqil ali təhsil müəssisəsinə ayrılıb. Hazırda Lion Universiteti Lion 1, Lion 2 və Lion 3 adlı üç müstəqil ali təhsil müəssisəsidən ibarətdir. Bütövlükdə isə bu şəbəkədə 127 min tələbə təhsil alır. Lion 1 Universiteti tibb və təbiət elmlərini, Lion 2 Universiteti hüquq, iqtisadiyyat və humanitar fakültələri, Lion 3 Universiteti isə əsasən elmi-tədqiqat institutlarını birləşdirir. Universitetdə yeddi böyük kitabxana fəaliyyət göstərir, bir nəfər Nobel mükafatçısı var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual