Bəkir Bozdağ: Salih Müslümün azad olunması terrora dəstəkdir
17:14 27.02.2018
Arxiv
618
Ankara Çexiya məhkəməsi tərəfindən YPG/PKK terror təşkilatının sabiq həmsədri Salih Müslümün azad olunmasını qınayır, bu qərarın beynəlxalq hüquqa zidd olduğunu və Türkiyə-Çexiya münasibətlərinə təsir göstərəcəyini bəyan edir.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə Baş nazirinin köməkçisi Bəkir Bozdağ bildirib.
Salih Müslüm fevralın 25-də Ankaranın sorğusu əsasında İnterpol xətti ilə Çexiyada saxlanılmışdı. Ankara terror təşkilatları ilə əməkdaşlıqda şübhəli bilinən Müslümün ekstradisiyasına çalışsa da, Praqanın şəhər məhkəməsi onu azad etmək qərarına gəlib.
"Bu qərar beynəlxalq hüquqa ziddir və terror təşkilatına dəstəkdir. Əlbəttə, bu, Çexiya ilə münasibətlərimizə təsir edəcək. Salih Müslüm, bir çox insanın, o cümlədən vətəndaşlarımızın qətlində əli olan terrorçudur. Bu, səhv qərardır və siyasi motivlər daşıyır, biz onu yolverilməz hesab edirik”, - deyə Bozdağ jurnalistlərə bildirib.
Türkiyənin Daxili İşlər Nazirliyi bu ayın əvvəllərində Salih Müslümün adını xüsusi təhlükəli cinayətkarlar siyahısına daxil edib. O, Türkiyənin ərazi bütövlüyünə qəsddə və bir sıra digər ağır cinayətlərdə ittiham olunur. Qurum Müslümün həbs olunmasına yardım edən şəxsə 1 milyon dollar mükafat vəd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq