Belçikada 90 yaşlı lobster ölüb




Belçikanın Blankenberq şəhərinin sakinləri uzunömürlü dəniz canlısının ölümünə görə məyus olublar. AZƏRTAC VRT telekanalına istinadla bildirir ki, Kanadadan gətirilmiş Uesli adlı lobsterin (iri onayaqlı dəniz xərçəngi) 90 yaşı olduğu hesab edilirdi. Uesli restoran sahibi Piter Devriyendt tərəfindən Dəniz Tədqiqatları Mərkəzinə verilmişdi. O hesab etmişdi ki, çəkisi 9 kiloqrama yaxın olan bu xərçəng ondan yemək hazırlamaq üçün çox iridir. D. Devriyendt uzun illər əvvəl mərkəzə verdiyi dəniz nəhəngini xatırlayaraq deyib: "Uesli ondan nəsə hazırlamaq üçün çox böyük idi. Mən ona mətbəximdəkindən daha yaxşı gələcək vermək istədim və buna görə də mərkəzə bağışladım”.

Mərkəzin direktoru Kristina Vebli isə deyib: "Biz onun qoçaqlıqdanmı, stressdənmi, yoxsa tənhalıqdanmı öldüyünü bilmirik”.