Paşinyan: Milli azlıqlar Ermənistan cəmiyyətini zənginləşdirir

Ermənistanın baş naziri Nikol Paşinyan Milli Azlıqlar Günü münasibətilə müraciətində ölkədəki milli azlıqların cəmiyyətin inkişafına töhfə verdiyini bildirib.

Sherg.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, Ermənistanın mədəni və milli müxtəlifliyi ümumi vətəndaşlıq əsasında formalaşan əsas dəyərlərdən biridir.

O, hər bir vətəndaşın milli kimliyini, ana dilini, mədəniyyətini, adət-ənənələrini və dini xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququnun təmin edilməsinin vacibliyini vurğulayıb.

Paşinyan milli azlıqların ölkənin ictimai, iqtisadi, təhsil və mədəni həyatında fəal iştirak etdiyini qeyd edib.

Ermənistan hökumətinin rəhbəri müxtəlifliyə hörmət, bərabər imkanlar, qarşılıqlı etimad və tolerantlığın demokratik cəmiyyətin əsas prinsipləri olduğunu bildirib və milli azlıqların hüquqlarının qorunmasının dövlət üçün prioritet olaraq qalacağını deyib.