"Çünki bu abituriyentlər aşağı nəticə göstərib və ali məktəbdə bilikləri daha da zəifləyir. Əmək bazarında seçim etdikdə isə ali məktəb məzunlarının savadsızlığından şikayətlənirik. Halbuki biz, başından seçimi düzgün aparmırıq. Məsələn, dünya reytinqində adı olan universitetlər keçid planını dəyişmir, keçid göstəricisini aşağı salmırlar.
"Bəs təhsilimiz inkişaf edirdi?!"
14:27 20.07.2018
Arxiv
656
Kamran Əsədov:"Düşünün, 1996-cı ildə də abituriyentlər 150 balla tələbə adını qazanırdılar, 26 il sonra da eyni vəziyyətdir""125 sualdan cəmi 15-nə cavab verən abituriyent tələbə adını qazanıb, əmək bazarına daxil olur”
"Çünki bu abituriyentlər aşağı nəticə göstərib və ali məktəbdə bilikləri daha da zəifləyir. Əmək bazarında seçim etdikdə isə ali məktəb məzunlarının savadsızlığından şikayətlənirik. Halbuki biz, başından seçimi düzgün aparmırıq. Məsələn, dünya reytinqində adı olan universitetlər keçid planını dəyişmir, keçid göstəricisini aşağı salmırlar.
"I ixtisas qrup üzrə 39 ixtisasda, II qrupda 56, III qrupda 14 və nəhayət IV qrupda olan 14 ixtisasda abituriyentlərə 150 balla ali məktəbə qəbul şansı yaradılıb”.
Bunu "Sherg.az”a tanınmış təhsil eksperti, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov deyib.
O bildirib ki, bu il abituriyentlərə sözügedən ixtisasları seçmək üçün fənlər üzrə minimum bal məhdudiyyəti qoyulmur, hətta dövlət sifarişli ixtisasları seçmək imkanı verilir:
"Bu ixtisas qruplarında 200 bal toplayan abituriyentlər hər hansı fəndən sıfır bal toplasa belə, ixtisas seçiminə buraxılır. Maksimum nəticə 700 baldırsa, 150-200 balla qəbul olan abituriyentlər belə çıxır ki, orta məktəb proqramının yarısını belə mənimsəməyiblər. Təqdim edilən 125 sualdan cəmi 15-nə cavab verən abituriyent tələbə adını qazanıb, əmək bazarına daxil olur”.
Ali məktəblərin tədris keyfiyyətinin aşağı olduğunu qeyd edən K.Əsədov zəif bilikli şəxslərin universitetlərə göndərilməsini düzgün hesab etmir:
"Çünki bu abituriyentlər aşağı nəticə göstərib və ali məktəbdə bilikləri daha da zəifləyir. Əmək bazarında seçim etdikdə isə ali məktəb məzunlarının savadsızlığından şikayətlənirik. Halbuki biz, başından seçimi düzgün aparmırıq. Məsələn, dünya reytinqində adı olan universitetlər keçid planını dəyişmir, keçid göstəricisini aşağı salmırlar. Biz isə aşağı nəticə göstərənlərə keyfiyyətsiz ali təhsil veririk. Nəticədə əmək bazarında da keyfiyyətli kadr qıtlığı hökm sürür. Ona görə, insanlar daha çox xarici ölkələrə üz tuturlar. Çünki abituriyentlər attestatla xarici universitetlərə getsələr, belə keyfiyyətli ali təhsil ala bilirlər. Bəzi xarici universitetləri çıxmaqla, əksəriyyətində şəxsiyyətin yetişməsi, kadr hazırlığı yüksək səviyyədədir.
Azərbaycanda ali məktəbləri bitirənlərin cəmi 42 faizi işlə təmin edilib. Çünki ali məktəblər keyfiyyətli kadr hazırlığı həyata keçirə bilmirlər. Ona görə, universitetlər konkret mövqelərini ortaya qoymalıdırlar. Nümunə olaraq, Bakı Ali Neft Məktəbi hətta ödənişli ixtisaslara belə keçid balını 500 müəyyən edib. Azərbaycan Diplomatik Akademiya isə keçid balını 400 qoyub. Düşünün, 1996-cı ildə də abituriyentlər 150 balla tələbə adını qazanırdılar, 26 il sonra da eyni vəziyyətdir. Bəs təhsilimiz inkişaf edirdi?
Bu gün ölkəmizdə strateji əhəmiyyətli ixtisaslar üzrə keyfiyyətli kadrlara ehtiyac var. Amma qeyri-neft sektoru, kənd təsərrüfatı ixtisaslarına qəbul olmaq üçün 150 bal keçid müəyyən edilib. Bu, düzgün deyil”.
Qeyd edək ki, "Abituriyent 4” jurnalında göstərilən məlumata görə, 2018-2019-cu tədris ilində IV ixtisas qrupunda minimum 150 bal toplayan abituriyentlər 14 ixtisas üzrə 470 plan yerini seçə bilərlər. Bu plan yerləri 5 universitetə aiddir və abituriyentlərə fənlər üzrə nisbi bal məhdudiyyəti də qoyulmur.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya