
Bətnində 10 həftəlik körpəsi, qucağında 6 aylıq uşağı ilə vağzalda ac yatan ANANIN HARAYI:"Dözə bilmirik "
11:00 30.01.2019
Arxiv
751
"Sherg.az""lemonde.fr"ə istinadən Fransada ana bətnində 10 həftəlik dölü, 6 aylıq körpəsi və əri ilə küçədə qalan bir qadının "Seine-Saint-Denis"in 115 saylı sosial təcili yardım nömrəsinə zəng edərək öz həyat hekayəsini anlatmasına dair bir yazı təqdim edir.
Belə ki, yanvarın 24-də "Seine-Saint-Denis"in 115 saylı sosial təcili yardım nömrəsinə davamlı zənglər gəlir. Növbədə 57 dəqiqə gözləyən və 399 -cu adam olan Kərimə (adlar şərtidir) telefonun o başından operatora öz ağrılı həyat hekayəsini izhar edir və operator Rodolfla Kərimə arasında kədərli bir dialoq yaşanır:

Kərimə:
-Hazırda 10 həftəlik hamiləyəm, küçədə qalmışıq. İki gündür ki, ərim və 6 aylıq körpəmlə departamentin vağzalında yatırıq. Və bu, birinci dəfədir ki, sosial təcili yardım mərkəzinə zəng açaraq kömək istəyirəm. Uşağım və ərimlə çöldə qalmışıq. Hava çox soyuqdu. Uşağım çox pis nəfəs alır. Yalvarıram bizə kömək edin.
Rodolf :
- Xanım, biz bir həll yolu tapmağa çalışacağıq
– Kərimə :
- Vəziyyətimiz çox çətindir, dözə bilmirik.
Rodolf :
- Mən çətin olduğunu bilirəm, biz bir hotel axtaracağıq. Əgər bir şey tapa bilməsək, məsləhət görürərdim ki, təcili yardım mərkəzinə gedin. Hazırda yemək yemisinizmi?
Kərimə:
- Xeyr, 3 gün bundan əvvəl hoteldə qaldıq və son qəpiyimizə qədər hotelə ödədik. Artıq pulumuz qalmayıb.
Dəstəyi asmazdan əvvəl Rodolf onları diqqətdə saxlayacağı vədini verir. Bu dialoqdan sonra Rodolf mövcud düşərgələrlə bağlı listə göz gəzdirir, uşaq və əri ilə çöldə qalan bir ailə üçün sığınacaq tapa bilmir. Fransa vaxti ilə saat 18:00- dır. bu ailənin məskunlaşdırılması üçün mərkəzi hotelə xahiş etməkdən başqa yol qalmayıb.
Bu hoteldə isə onların yerləşdirilməsi şansı azdır. Sonda Rodolf bu ailəni onları görənlərdən maraqlanacağını söyləyib. 115-dən verilən məlumata görə, həmin gün 115 saylı sosial təcili yardıma 161 nəfər müraciət edib ki, onların da 65 -i uşaq, 6-ı tənha qadın olub. Lakin onların problemləri həllsiz qalıb.
Tərcümə etdi: Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya