Beyləqan və Oğuzda biçilmiş taxıl sahələrini yandıran şəxslər saxlanıldı
08:08 11.08.2018
Arxiv
711
Avqustun 10-da Beyləqan rayonunun Aşağı Çəmənli kənd sakini Qubad Həsənalıyev özünə məxsus 1 hektar biçilmiş taxıl sahəsini yandırmış və alov həmkəndlisi Əli Bədəlova məxsus 0,25 hektar sahəyə keçmişdir.
"Sherg.az" xəbər verir ki, həmin gün rayonun Yuxarı Aran kənd sakini Sahil Əzizov həmkəndlisi Gündüz Qarayevə məxsus biçilmiş taxıl sahəsində mal-qara otararkən siqaret kötüyünü söndürmədən yerə atdığı üçün 1 hektar ərazidə küləş yanmışdır.
Yanğınların qarşısı alınmış, xəsarət alan olmamışdır.
Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən Q.Həsənalıyev və S.Əzizov saxlanılmış, barələrində İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsi (yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) ilə protokollar tərtib edilmişdir.
Oğuz rayonunda da biçilmiş taxıl sahələrini yandıran iki nəfər saxlanılmışdır. Belə ki, avqustun 9-da Xaçmaz kəndi ərazisində kənd bələdiyyəsinə məxsus 25 hektar biçilmiş taxıl sahəsində küləşi yandırmış sakinlər Sərvan Abdulrəhmanov və İlham Cəlilov İXM-nin 244-1-ci maddəsinə (əkin yerinin yandırılması) əsasən məsuliyyətə cəlb edilərək hər biri 400 manat məbləğində cərimə edilmişlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq