Beyləqanda faciəvi qəza: Hərbi qulluqçular həlak oldu





Bakıdan Beyləqana gedən "Mercedes” markalı avtomobil qəzaya düşüb.

"Mercedes” markalı 42-CA -252 dövlət nömrə nişanlı avtomobil Daşburuna çatarkən, Gödəklər və Qaradağlı kəndi ərazisində aöır qəza keçirib. Nəticədə İki hərbiçi zabitimiz qəza nəticəsində dünyasını dəyişib, bir qadın isə ağır yaralanıb.

Dünyasını dəyişən zabitlərdən birinin Murad Muradov olduğu bəllidir və digərinin isə onun zabit yoldaşı olduğu bildirirlir.

Bir qadın isə ağır yaralanıb./Bizimyol.info/

***

Beyləqan rayonu ərazisində ağır yol qəzası baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qaradağlı kəndi ərazisində baş verib.

42 CA 252 dövlət nömrə nişanlı "Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan hərbçi Murad Muradov dünyasını dəyişib. Avtomobilin sürücüsü və daha bir sərnişin qadın ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, həlak olan hərbçi hərbi hissədən məzuniyyət götürüb evlərinə gəlirmiş.

Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər.