Beynəlxalq müşahidə missiyası Gürcüstanda prezident seçkiləri ilə bağlı rəyini açıqlayıb
11:28 29.10.2018
Arxiv
568
Oktyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərini müşahidə etmiş beynəlxalq müşahidə missiyası ilkin rəyini açıqlayıb.
"Report”un Gürcüstan bürosu xəbər verir ki, müşahidə missiyası qonşu ölkədəki seçkiləri azad və şəffaf qiymətləndirib.
Beynəlxalq müşahidə missiyasına ATƏT, AŞPA, NATO Parlament Assambleyası və Avropa Parlamentinin nümayəndələri daxildir. Missiyada ümumilikdə 40 ölkənin 400 müşahidəçisi təmsil olunub. Onların arasında uzunmüddətli və qısamüddətli müşahidəçilər var.
ATƏT-in xüsusi koordinatoru Kristian Vigenin deyib ki, Gürcüstanda prezident seçkiləri azad şəkildə keçirilib: "Seçicilər azad formada fikirlərini ifadə ediblər. Gürcüstan prezident seçkiləri ilə demokratiyaya sadiqliyini nümayiş etdirdi. Ümid edirik ki, gürcüstanlılar seçkilərin ikinci turunda fəal iştirak edəcək və nəticələr xalqın iradəsini əks etdirəcək”.
NATO PA-nın nümayəndə heyətinin rəhbəri Rasa Yuknyaviçene seçkilərlə bağlı qeydə alınan bəzi nöqsanları açıqlayıb: "Seçkilər zamanı inzibati resurslardan istifadə, texniki namizədlərin olduğunu müşahidə etdik. Biz Gürcüstanda yeni neqativ hal izlədik ki, bu da QHT-lərə qarşı təzyiq və hücumlar oldu. Gürcüstanda ilk dəfə olaraq prezident seçkilərinin ikinci turu olacaq. Ümid edirik ki, bu nöqsanlar aradan qaldırılacaq”.
Beynəlxalq missiya Gürcüstanda seçkilərin peşəkar səviyyədə təşkil olunduğunu və ciddi nöqsanların qeydə alınmadığını vurğulayıblar. Onlar qeyd ediblər ki, Gürcüstanda seçkilərin demokratik tələblərə uyğun keçirilməsi üçün bir sıra islahatlar həyata keçirilsə də, müəyyən boşluqlar hələ də qalmaqdadır.
Missiya Gürcüstanda keçiriləcək prezident seçkilərinin ikinci turunu da müşahidə edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya