Bilirdinizmi, ağcaqanadlar nədən bəzi adamları xüsusi ilə seçir?




Ətrafınızda ağcaqanadları maqnit kimi özünə çəkən fərqli insanlar olduğunu bilirsiniz. Sherg. az xarici media istinadən xəbər verir ki, ağcaqanadların bəzi insanları xüsusi ilə seçdiyi doğrudur və elmdə bunun bir açıqlaması var.

Həşəratların qidalanma vərdişləri detallı şəkildə araşdırıldığı zaman ən əsas iki ehtimal təsdiqini tapmır. Yəni ağcaqanadlar nə qan qrupuna görə, nə də dəri pigmentinə görə insanları seçir. 
Onları insanın dərisində yaşayan başqa bir şeyi cəzb edir.

Bəs, bu nədir?

İnsan dərisində gözlə görünə bilməyəcək dərəcədə bakteriyalar və göbələklər mövcuddur. Çoxu da zərərsizdir və toxunduğunuz, yediyiniz, geydiyiniz şeylərə görə dəyişər. Bu mikroorqanizmlər bəzi orqanik qoxular yayar və dəri qoxunuz bu orqanizmlərin sayına görə dəyişər. Ağcaqanadlar da orqanizm kombinasyalarına heyran olar. 

Turan