Manevr qaydalarına da düzgün əməl etmirlər. “BakuBus” avtobuslarının həcmi böyükdür deyə, sürücülərə elə gəlir ki, bütün sürücülər onların iriliyindən qorxub yol verəcəklər
Bir az tələsmişik...
Neçə ildir “BakuBus”u digər sürücülərə nümunə göstərirdik, elə deyilmiş
Manevr qaydalarına da düzgün əməl etmirlər. “BakuBus” avtobuslarının həcmi böyükdür deyə, sürücülərə elə gəlir ki, bütün sürücülər onların iriliyindən qorxub yol verəcəklər
Manevr qaydalarına da düzgün əməl etmirlər. “BakuBus” avtobuslarının həcmi böyükdür deyə, sürücülərə elə gəlir ki, bütün sürücülər onların iriliyindən qorxub yol verəcəklər
Deyəsən, biz təriflədikcə "BakuBus"un da tərifi çıxdı. Son vaxtlar sözügedən marşrutlarla bağlı xoşagəlməz xəbərlərə şahid oluruq. Növbəti biabırçı hadisə isə "7A” nömrəli marşrut avtobusunda yaşanıb.
A24.Az xəbər verir ki, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yerləşən dayanacaqda sürücü ilə sərnişin arasında dava düşüb. Nəticədə "BakuBus” MMC-yə məxsus 99 JH 239 dövlət qeydiyyat nişanlı marşrutun sürücüsü 20 dəqiqəyə yaxın avtobusu dayanacaqdan hərəkət etdirməyib.
İnsidentə səbəb qadın sərnişinin nəqliyyat vasitəsinə arxa qapıdan minməsi olub. Belə ki, qadın sərnişin marşruta arxa qapıdan minsə də, içəri daxil olandan sonra ödəniş aparatına yaxınlaşıb və gediş haqqını ödəyib. Sürücü isə israrla həmin şəxsə avtobusdan düşüb, yenidən qabaq qapıdan daxil olmasa, marşrutu yerindən tərpətməyəcəyini deyib. Sərnişin həmin saatda eyni xətt üzrə xidmət edən 2 avtobusun qabaq qapını açmadığını əsas gətirərək, avtobusdan enməyəcəyini bildirib. Beləcə, onlar arasında dava düşüb və qadın sərnişin sürücünü ağır ifadələrlə təhqir edib. Digər sərnişinlər də davaya qoşulub. 20 dəqiqədən sonra bir neçə sərnişin avtobusu tərk edib. Səbəbkar qadın da avtobusdan düşəndən sonra sürücü nəqliyyat vasitəsini hərəkət etdirib.
Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı da "Şərq”ə açıqlamasında təəssüf hissi ilə "BakuBus”la bağlı narazılıqların və şikayətlərin artdığını təsdiqləyib:
"Biz illərlə bu marşrutları digər sürücülərə nümunə kimi göstərirdik, deyəsən, bir az tələsmişik. Problem sadəcə sərnişinlərin "BakuBus” sürücülərinin davranışlarından narazılığı ilə bitmir, bu avtobusların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı da çoxalıb. Bir sürücü kimi şəxsən mən özüm də "BakuBus” avtobuslarının fəaliyyətindən narazıyam. Dəfələrlə sürücülərin avtobus dayanacaqlarına daxil olması və oradan çıxması ilə bağlı çox ciddi və kobud qayda pozuntularına yol verdiklərini müşahidə etmişəm. Manevr qaydalarına da düzgün əməl etmirlər. "BakuBus” avtobuslarının həcmi böyükdür deyə, sürücülərə elə gəlir ki, bütün sürücülər onların iriliyindən qorxub yol verəcəklər. Sosial şəbəkələrdə yazılan statuslar, ictimaiyyətin dilə gətirdiyi narazılıqlar fonunda bu barədə ciddi düşünmək və sürücülər barədə ölçü götürməyə əsas verir. Bu tendensiyanın qarşısı vaxtında alınmasa, "BakuBus” şirkəti ilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan digər başıpozuq şirkətlər arasında heç bir fərq qalmayacaq.
Ümid edirəm ki, Bakı Nəqliyyat Agentliyi və sözügedən şirkət baş verənlərlə bağlı ciddi bir tədbir görüb, narazılıqların sonlanmasına nail olacaq. Bəlkə elə bu şirkətin nümunəvi davranışlarının 2-3 illik ömrü varmış? Doğrudanmı bizdə heç bir sistem 3 ildən artıq öz şəffaflığını qoruya bilmir?”
Azərbaycanda normal "D” kateqoriyası olan avtobus sürücülərinin sayının o qədər də çox olmadığını vurğulayan E.Muradlı deyib ki, olan-qalan sürücüləri də bir-bir ləkələyib qovduqca bu sahədə ciddi kadr çatışmazlığı yaranacaq. "BakuBus” qayda pozan sürücüləri işdən qovur deyə, hər ay sürücü axtarır:
"Köhnənin yerinə gələn də ondan betər çıxır. Fikrimcə, sürücülər arasında maarifləndirmə və təlimatlandırma tədbirləri genişləndirilməli, onların bazası yaradılmalıdır. Konkret hadisə ilə bağlı yayılan videoda açıq-aşkar sürücünün necə aqressiyalı və hikkəli biri olduğu görünür. Görün, bu insan psixoloji cəhətdən nə qədər gərgindir ki, sırf bir qadın avtobusa arxa qapıdan minib deyə, 20 dəqiqə avtobusu yerindən tərpətməyib. Normal düşüncə sahibi olan sürücü bir qadına görə o qədər sərnişini yolundan edərmi? Əvvəla, bu sərnişin qadındır, yaşı da az olmayıb. İkincisi də faktiki olaraq bu sərnişin arxa qapıdan minməsinə baxmayaraq irəli keçərək ödənişini edir. Avtobuslarda sərnişinlərin ön qapıdan minməsini məhz ödənişə görə tələb edirlər. Bu qadın pis-yaxşı, ödənişini edibsə, problem nədir? Üstəlik, izahat da verib ki, eyni xətt üzrə xidmət edən 2 avtobusa qabaq qapını açmadığı üçün minə bilməyib. O qadından əvvəl bir neçə sərnişinin avtobusu tərk etməsinə belə əhəmiyyət vermədən prinsiplə həmin sərnişinin düşməsini gözləyib. Bu qədər hikkə, kin hardandır bu sürücülərdə? Noldu? "BakuBus” bunları çox işlədir, yoxsa yeyib- içdiklərinin təsiridir? Bu şirkət Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olanda heç bir şikayət yox idi. Tabeliyin Bakı Nəqliyyat Agentliyinə keçməsi ilə əlaqədar təhvil-təslim prosesi gedir deyə, boşluq yaranıb, yoxsa bilmədiyimiz başqa bir səbəb var. Bəlkə sürücülərə xüsusi göstəriş verilib ki, bu qədər nümunəvilik yetər, özünüzü qoyun dəliliyə”.
Şəymən