“Bir kəmər bir yol” layihəsinin əsas məntəqələrindən biri Azərbaycandır” – Millət vəkili
09:17 29.04.2019
Arxiv
956
Aprelin 26-da Prezident İlham Əliyev Pekinə səfəri çərçivəsində bir sıra mühüm məsələlərə toxunub. Ölkə başçısı "Bir kəmər bir yol” formunda çıxışı zamanı bildirib ki, müasir nəqliyyat infrasturukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır.
Prezidentin səfəri ilə bağlı fikirlərini "Sherg.az”la bölüşən millət vəkili Hikmət Babaoğlu bildirib ki, "Bir kəmər bir yol” layihəsi dünyanın 150 ölkəsi tərəfindən dəstəklənir.
Deputat ölkəmizin forumda iştirak etməsinin mühüm göstərici olduğunu vurğulayıb:
" "Bir kəmər bir yol” formunda 37 dövlət və hökumət başçısı iştirak etdi. Fikrimcə, bu göstərici əslində foruma olan marağın göstəricisi kimi qəbul edilə bilər. Ölkəmizin bu layihədə iştirakçılığı olduqca vacibdir.
Çünki nəqliyyat sahəsində iki mühüm strateji nöqtəni bir-birinə birləşdirən qlobal layihəni Azərbaycan həyata keçirib. Məlumdur ki, bu Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Əgər bu layihə olmasaydı, şübhəsiz ki, "Bir kəmər bir yol” layihəsi üzrə məhz Azərbaycan üzərindən yükdaşımalar mümkün olmayacaqdı. Ona görə də layihənin ciddi perspektivlərindən və rentabelliyindən danışmaq da bir qədər çətin olardı. Çünki bu seqment ən rentabelli yükdaşımanı təmin edir. Prezident İlham Əliyev bu məsələyə toxunaraq Azərbaycanın həyata keçirdiyi layihələri qeyd etməklə Bakı-Tbilisi-Qars dəmir yolunun nə dərəcədə əhəmiyyətli olduğunu bildirdi.
Çünki "Bir kəmər bir yol” layihəsi təkcə bir nəqliyyat kommunikasiyasından ibarət deyil. Bu çoxşaxəli kommunikasiyalar sistemidir və eyni zamanda bu yol üzərində özünəməxsus iqtisadiyyat formalaşdırmaq potensialına malik bir layihədir. Ona görə də bu layihə çərçivəsində Azərbaycanın daha sıx iştirakını təmin etmək üçün ölkədə magistral yolların çəkilişi, yeni iqtisadi zonaların yardılması prosesi həyata keçirilir.
Məsələn, Azərbaycanda Ələt azad ticarət zonası yaradılıb. Bu zona da "Bir kəmər bir yol” layihəsi ilə əlaqələndirilə bilər. Çünki azad ticarət zonası olduğu üçün burada yeni ticari münasibətlər formalaşacaq və Azərbaycana ciddi sərmayələr cəlb ediləcək”.
H.Babaoğlunun fikrincə, "Bir kəmər bir yol” layihəsi ilə daşınan yüklərin böyük bir qisminin Azərbaycandan Avropaya daşınması baş verə bilər:
"Eyni zamanda mənbə ölkədən fabrikat yüklərin Azərbaycana daşınması və burada qablaşdırılaraq təlabat məntəqəsinə çatdırılması məsələlərinə maraq göstərən şirkətlər var. Bunun üçün Azərbaycan hüquqi islahatlar apararaq azad ticarət zonası ilə bağlı xüsusi qanunlar qəbul etdi. Ölkəmizdəki investorlar özlərini tanış olduqları hüquqi münasibətlər sistemində hiss etsinlər ki, iqtisadi mübahisələrin hüquqi yolla tənzimlənməsi onlar üçün rahat olsun.
Bütün bunlara kompleks yanaşdıqda görəcəyik ki, 150 ölkə tərəfindən dəstəklənən "Bir kəmər bir yol” layihəsinin əsas məntəqələrindən biri Azərbaycandır. İslahatlar aparmaqla , viza məsələlərini sadələşdirməklə, Azərbaycanı sərmayə qoyuluşu üçün əlverişli bölgəyə çevirməklə 150 ölkənin diqqətini ölkəmiz özünə cəlb etməyi bacarır.
Prezidentin bu səfərindən sonra biz Çindən ölkəmizə 820 milyon dollardan çox sərmayə cəlb edə bildik. Bu da olduqca ciddi rəqəmdir və Azərbaycan iqtisadiyyatının müxtəlif sektorları üzrə inkişafına təkan verəcəkdir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ generalı Odessaya səfər edib
17:55 21.08.2026
Dünya
Türkiyə Netanyahunu beynəlxalq axtarışa verir
16:46 21.08.2026
Dünya
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə