Bir selfie çəkdirdi, terrorçu elan edildi

Almaniya Baş naziri Angela Merkelin yanında şəkil çəkdirən suriyalı mühacir Anas Modamani terrorçu elan edilib. Çəkdiyi şəkillə qaçqınların simvolu halına gələn Modamani, radikal sağçıların da hədəfi oldu. Modamani ictimai mediada foto montajlarla terror hücumlarının şübhəlisi olaraq göstərilir.
Sherg.az "Milliyət"ə istinadən məlumat verir ki, suriyalı mühacir Anas Modamani, 2015-ci ilin sentyabr ayında, Berlindəki qaçqınların qaldığı yeri ziyarət edən Almaniya Baş naziri Angela Merkel ilə selfie çəkdirib. Hadisədən sonra məşhurlaşan  Modamani Almaniyada 1 milyondan çox qaçqına icazəverilmə qərarının əhəmiyyətini vurğulayan bir simvol halına gəlmişdi.
Ancaq o foto Modamanini radikal sağçıların sui-qəsd nəzəriyyələrinin hədəfi halına gətirdi. Saxta hekayələr və montajlı şəkillərlə əvvəl mart 2016-cı ildə  Brüseldə reallaşan terror hücumlarıyla, daha sonra keçən ilin dekabr ayında Berlinin Milad bazarındakı hücumla əlaqələndirdilər. Bir başqa şəkildə isə evsiz bir adama edilən hücumda şübhəlinin Modamani olduğu iddia edildi.
Söz mövzusu olan foto və hekayələr Facebookda paylaşılırdı. Sonunda Anas Modamani, Facebooka iddia açmağa qərar verdi. Modamaninin vəkili Facebookun saxta nəşrləri sildiyini iddia etməsinə baxmayaraq, keçən həftə bir çox görüntüsünün  hələ də saytda qaldığını ifadə etdi. Vəkil Chan-jo Jun, Facebookdakı bütün paylaşmaların silinməsi üçün mücadilə  etdiklərini söyləyir.