Birinci sinifə getdiyi gün vəfat etdi - ACI TALE
09:36 17.09.2017
Arxiv
499
Sentyabrın 15-də axşam saatlarında Bakı-Qazax magistralının Kürdəmir rayonunun Qarabucaq və Ucarın Müsüslü kəndləri arasındakı hissəsində 2 azyaşlı qardaşın ölümü ilə nəticələnən dəhşətli yol qəzasının bəzi detalları üzə çıxıb. Lent.az-ın məlumatına görə, Bakı şəhər Qaradağ rayon sakini Elmin Hüseynovun idarə etdiyi "Toyota Previa” markalı minivan tipli avtomobilin yolun ortasındakı arakəsməyə çırpılaraq aşması nəticəsində ölən sürücünün oğlu Ucal Hüseynov elə həmin gün Sahil qəsəbəsindəki orta məktəbin birinci sinfinə gedibmiş. Günortadan sonra uşaq məktəbdən qayıdandan sonra onlar Bərdədə keçiriləcək toy mərasimində iştirak etmək üçün yola çıxıblar.
Qeyd edək ki, Elmin Hüseynova məxsus 7 oturacaqlı avtomobildə 2 azyaşlı oğlu ilə yanaşı anası, həyat yoldaşı, bacısı, bacısının yoldaşı və onların iki övladı da olub. Onlar Bərdədə Elminin xalası oğlunun toyunda iştirak etmək üçün yola çıxıblar. Lakin Kürdəmirlə Ucarın arasında hərəkətdə olarkən avtomobil idarəetmədən çıxaraq yolun ortasındakı beton arakəsməyə çırpılıb. Daha sonra yoldan çıxıb aşan avtomobilin qapısı açılıb və sürücünün 6 yaşlı oğlu Ucal ilə 4 yaşlı oğlu Firdovsi ağır xəsarət alaraq vəfat ediblər. Sürücünün bacısının 6 yaşlı qızı Alsu isə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat