"Bitcoin" nədir və ondan necə faydalanmaq olar ? - Mükəmməl izah + Öyrənin !

Son günlər Azərbaycan mediasında "bitcoin"- kripto -valyuta ilə bağlı xəbərlərə çox rast gəlinir. Amma əksəriyyət bunun mahiyyəti və əhəmiyyətindən xəbərsizdir. 
Maraqlıdır, görəsən bu "bitcoin" nədir və ondan necə istifadə edib yararlanmaq olar ?
Suallarımıza cavab tapmaq üçün qardaş Türkiyənin "Yıldız Teknik Üniversitesi" Bilgisayar Mühəndisliyi fakültəsinin azərbaycanlı tələbəsi Hüseyn Vəliyevə müraciət etdik. O "Sherg.az"a açıqlamasında qeyd etdi ki, "bitcoin" kripto valyutadır və onun arxasındakı texnologiya "blokchain"dir: 
"Məsələn, sənin xüsusi bir "bitcoin" adresin olur və bu, özəl saxlanılır. Onu internetdən hər bir kəsin özü alır. Bank hesabı kimidir. İsanlar bir- birilərinə adreslərini yazib pul göndərə bilirlər. Onları dövriyyəyə "mining" edərək buraxırlar. "Mining" nədir ? Bu, sənin başqasının işləminə dəstək göstərməyindir. Yəni sən şifrələnmiş məlumatın qarşılığını tapırsan və başqaları da görür ki, bu, həqiqətən düzdür. Onda sənə "bitcoin" özü müəyyən miqdarda hədiyyə "bitcoin" verir"
Ekspert diqqətə çatdırıb ki, bu sistem insanların bir -birilərinə daha sürətli, daha güvənli pul göndərməsinə də xidmət göstərir: 
"Bu, həyatımızı kökündən dəyişə biləcək və saxtalaşmaya son qoyacaq bir sistemdir. Bu sistemdən seçki prosesində istifadə edən ölkələr var.Məsələn, Estonia öz kripto valyutasını çıxarıb".
"Bitcoin" üstünlüklərindən söz açan H.Vəliyev vurğulayıb ki, artıq bəzi qanunlar vasitəsiylə bu qeydiyyatlara baxa bilərsən, amma oradakı məlumatları heç vaxt dəyişdirmək olmur:
"Belə bir misal verək: Hər hansı bir avtomobilin əvvəlki sahibi qəza keçirib və sən bunu öyrənmək istəyirsən. İndiki vəziyyətdə bu xəbərlərin hamısı kağızlarda və ya internet data baserlərində olur. İstəyən şəxs həmin məlumatları dəyişdirə bilər. Amma "blokchain" texnologiyasında avtomaşının harada, nə vaxt və necə qəza keçirməsi qeyd olunubsa, o informasiyaları dəyişdirmək və ya silmək olmur. Bütün xəbərlər şifrələnmiş olur. "Bitcoin" bu işə başlayan ilk kripto valyutadır. Ona görə, bu qədər bahadır.Bu sistem gələcəkdə bütün bank və dövlət sektorunu sıradan çıxara bilər"
Həmçinin müsahibimiz sözügedən sistemin mahiyyəti, istifadə qaydaları və faydaları barədə mükəmməl bir analizini təqdim edib:
Hər gün Bitcoin haqqında bir çox xəbər eşidə bilərsiniz. Bütün dünya mediasının ən aktual mövzularından biridir (Təbi ki, bizim ölkə istisna olmağı bacarır hər faydalı şeydəki kimi.).Bitcoin və yaxud başqa kripto-valyutaların əsas gözəlliyi onun sizi bir anda milyonlar qazandırmağı deyil onun arxasındaki texnologiya olan Blockchaindir. Fikrimcə, internetin kəşfi necə bir anda dünyanı dəyişdirdisə, "Blockchain"də də bunu etmə potensialı var (Gələcəkdə bütün bank və dövlət sistemlərinin bu texnologiyaya bağlı olacağını təxmin edirəm.).İndi deyəcəksiniz ki, bu "Blockchain" nədir axı? Çalışacam ki, sizi sadə dillə başa salım.
Fərz edək ki, bir dostun var və bu dostun xaricdəki tətilinin 5 günü sənə zəng edib deyir ki, biraz pula ehtiyacım var səndə varsa mənə yollaya bilərsən? Səndə təbii ki, deyib telefonu bağlayırsan. Sonra banka zəng edirsən (internet şöbəsinə daxil olursan) və bu adlı dostuma 1000$ göndər deyirsən. Bank da sənin hesabında 1000$ olub olmadığını yoxlayır. Çox varlı bir insan olduğun üçün bank hesab dəftərinə bunu yazir:
Sonra dostuna zəng edib deyirsən ki, pulu yollamışam gedib götürə bilərsən. Biraz əvvəl sən və dostun pulunuzu idarə etməsi üçün banka güvəndiniz. Yəni sənin və dostunun idarə etmədiyi bir hesab dəftərinə yazılır hər şey.
İllərdir bir- birimizə güvənmək üçün arada birilərinə ehtiyyacımız olub. Bunun harası pisdir deyə bilərsiniz amma problem ondadır ki, bu banklar sayca azdır və qəsdən vəya istəmədən insanları xaosa apara bilər:
Ya hesab dəftəri yansa, (Datalar silinsə)ya səhvliklə bankın sistemi 1000$ yerinə 1500$ yazsa,
ya bunları istəyərək etsə, bu, o demək olacaq ki, illərcə bütün yumurtaları başqasının səbətinə qoymuşuq
Bəs banklara ehtiyac duymadan pul yollaya biləcəyimiz bir sistem varmı? Bu sualın cavabı = "Blockchain"dir.
Bu sistemin işləməsi üçün ən az üç kişiyə ehtiyyac var. Məsələn bankları istifadə etmək istəməyən 10 kişi fikirləşək. Ortaq bir razılaşma ilə qrupdakı bütun hamı bir -birinin hesabını görə bilir ama hesabın kimə aid olduğunu bilmirlər.
1-Boş qovluq
Başlamaq üçün hər kəsin əlində bir boş səhifə var. Hamı əlində olan o boş qovluqa zaman keçdikcə səhifələr əlavə edəcək və bu səhifələr əməliyyatların qeydiyyatlarını tutan hesab dəftərlərini əmələ gətirəcək.
2-Pul göndərilmə əməliyyatını həyata keçirilməsi
İndi fərz edək ki, #2 #9 a 10$ göndərmək istəyir. Bu əməliyyatın həyata keçməsi üçün #2 hamının eşidə biləcəyi şəkildə bağıraraq Mən #9 a 10$ göndərmək istəyirəm deyir xahiş edirəm bunu hamı səhifəsinə yazsın deyir.
Hamı #2 nin hesabında 10$ olub olmadığına baxır və hamı öz səhifəsinə pul göndərilmə əməliyyatını yazır.
3-Əməliyyatlar davam edir
Müəyyən müddətdə qurupdakılar bir-birinə pul yollayırlar və bunlar həmin qaydada dəftərlərə yazılır. Təsəvvür edək ki, bir dəftər 10 əməliyyat tutur. 10. əməliyyatdan sonra qrupdakı insanlar dolmuş səhifəni qovluğun içinə qoyur və təzə bir səhifə cıxardır.
4- Dolmuş səhifəni saxlamaq
Dolu bir səhəfəni faylın içinə qoymazadan qabaq onun üstünə hamının razılaşdığı bir möhürlə möhürləməliyik. Səhifəni möhürləməyimizin səbəbi başqa birinin sonradan bir dəyişiklik etməməsindən əmin olmaqdır. Bu, əməliyyatın ən vacib hissəsidir.
5- Sehirli maşın
Hər tərəfi qalın divarlarla çevrilmiş sehirli bir maşın təsəvvür edin. Əgər bu maşının sol tərəfindən içində bir şey olan bir qutu daxil etsək, o, sağ tərəfindən içindən başqa bir şey olan qutu çıxardır. Fərz edək ki, sən sol tərəfdən 4 rəqəmini yolladın maşın sənə sağ tərəfdən dcbea deyə bir söz çıxartdı. 4 necə dcbea ya çevrildi heç kim bilmir. Əlmizdə dcbea olsa belə maşına nə qoyub bu sözü əldə etdiyimizi bilmirik, amma maşına 4 daxil etdikdə hər zaman eyni sözü çıxardacağını bilirik.
Sizə belə bir sual verim:
Maşına nə daxil etməliyəm ki, mənə sağ tərəfdən 000 la başlayan bir söz versin?
Bu maşıın ən əhəmiyyətli xususiyyəti odur ki, Sadəcə çıxan sözü verdikdə nə daxil ettiyimizi tapmağımız çox çətindir, amma girilən və çıxan dəyərləri verəb bunun düzgün işləyib işləmədiyinə nəzarət etmək çox asandır.
Bəs bu maşın səhifəni möhürləmək üçün necə istifadə olunur?
Sizə iki qutu verdiyimizi fərz edin. İlk qutuda səhifə indeksi var o biri qutunun içində nə olduğunu siz tapacaqsınız. Yəni ikinci qutu içində hansı rəqəm olmalıdır ki, səhifə indeksi ilə cəmini maşına daxil etdikdə sağ tərəfdən bizə 000 ilə başlayan bir nəticə versin(Üç sıfırla başlayan söz sadəcə maşının necə işlədiyini göstərmək üçündür. Həqiqətdə bunlar daha qarışıq şərtlərdir.).
Fərz edək ki, mininci dəfə yoxladıqdan sonra 21191 rəqəmini tapdıq bunun səhifə indeksi ilə cəmi (21191+20893) 42084 əldə edərik və bu rəqəmi maşının sol tərəfindən daxil etdikdə 000- la başlayan bir nəticə verir. Bu yolla bütün səhifələri möhürləyib qovluqa yerləşdiririk.
Sehirli maşında bütün rəqəmləri tək-tək yoxladığımız üçün çoxlu vaxt və elektrik istifadə edirik. Hamı səhifədə yer qalmayanda möhür nömrəsini hesablamağa çalışır ki, səhifə möhürlənib qovluqa qoyula bilinsin. Möhür nömrəsini tapan ilk kişi qurupdakılara bu nömrəni deyir , bundan sonra qalan hər kəs bu nömrənin doğru olub olmadığını yoxlayır. Əgər möhür düzgündürsə, hamı eyni rəqəmlə səhifəni möhürləyir və ilk tapan adama mükafat verilir bunun dəyəri isə kripto-valyutalara görə, fərqlilik göstərir.
Deyək ki, ilk tapan adamın tapdığı rəqəm səhv oldu onda həmin adam səhifəsini zibil qutusuna atır və başqasindan səhifənin bir kopyasını alır. Bunları etmədiyi təqdirdə qrupdan qovulur.
Sonda əməliyyatlara doldurulmuş səhifəni bir blok olaraq düşünün onların tutulduğu qovluq isə "Blockchain"dir.
Blockchain belə işləyir və bütün kripto-valyutaların təməlində bu sistem dayanır.
İqtisadçı, ekspert Natiq Cəfərli isə deyib ki, 32 şifrədən ibarət virtual kod elektron "cüzdan”a yerləşdirilir. O diqqətə çatdırıb ki, bu şifrəni satmaq, dəyişmək yolu ilə vəsaitə çevirmək olar:
"Bitcoinin maya bazar dəyəri anlayışını iqtisadi məsələlərlə izah etmək çətindir. Bunun qiymətinin qalxmasına əsas təsir edən isə 2017-ci il ərzində xəbər axını oldu.
Ötən aylarda dünyada monitorinq aparılıb. Dünya mediasında ən çox işlənən söz "bitcoin” olub. İnsanlar və media orqanları bu haqda daha çox danışdığı üçün maraq daha da artdı. Paralel olaraq, bitcoinin qiyməti də qalxdı.
Bitcoinin texnologiyası "Blockchain” çox mükəmməldir. Bu texnologiyadan seçki keçirməkdən tutmuş, insanları siyahıya almağa, şirkətlərin onlayn idarə olunmasına qədər bu texnologiyadan istifadə etmək olar. "Blockchain” texnologiyası gələcəkdə geniş istifadə olunacaq”.
N. Cəfərli düşünür ki, bitcoinin elektron valyuta kimi istifadə perspektivi çox azdır:
"İstənilən neqativ ya pozitiv xəbər axını qiymətlərə təsir edir. Son vaxtlar isə bitcoinlə bağlı neqativ xəbər axını var. İri yatırımçıların bitcoini satdığı barədə məlumatları dünya mətbuatı yazmağa başladı. Cənubi Koreyada elektron pullarla ticarət aparan birja bağlandı. Artıq 20 min dollara olan bitcoinin qiyməti 16 min dollara düşdü. Kəskin qiymət oynamaları var və buna görə yatırım üçün riskli alətdir”.
Hazırladı: Aysel Aslan, Ayyət Əhməd