“Biz hər an döyüşlərə başlaya bilərik” - Zakir Həsənov
09:09 04.04.2019
Arxiv
493
"Aprel döyüşlərindəki qələbə Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü iqtisadi inkişaf və ordu quruculuğu siyasətinin nəticəsi idi”.
ONA-nın xəbərinə görə, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov AzTV-nin "Günün nəbzi" proqramına müsahibəsində deyib.
Onun sözlərinə görə, aprel döyüşləri nəticəsində Ermənistan dövlətçiliyi çöküb: "Azərbaycan Ordusu isə aprel döyüşləri nəticəsində döyüş təcrübəsini və vətənpərvərlik ruhunu daha da yüksəltdi. Keçən dəfə ön xətdəki posta getmişdim.
Orda 30 hərbçimiz xidmət edir. Təsəvvür edin, 30 nəfərdən 27-si mənə müraciət etdilər ki, həqiqi hərbi xidmət müddəti bitəndən sonra orduda qalıb xidmətlərini davam etdirmək istəyirlər”.
Z.Həsənov qeyd edib ki, ordunun döyüş hazırlığını yüksəltmək üçün son məhdudiyyət yoxdur: "Dövlətimiz ordunun döyüş hazırlığını yüksək səviyyədə saxlamaq üçün əlindən gələni edir.
Bu gün mindən çox silah istehsal edən "Azərsilah” Azərbaycan Ordusunu silahla tam təchiz edir. Artıq bizim silahla təminat baxımından heç bir qayğımız yoxdur və olmamalıdır da. Çünki biz öz torpaqlarımızı işğaldan azad etmək üçün hər an döyüşlərə başlaya bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media