Gerçəkliyimiz mağara divarlarına yansıyan kölgələrdən, bizlər isə yoxsa "qablarda üzən beyinlər"dənmi ibarətik? Ya da insan varlığının elə olduğunu zənn edən kompüter kodlarından ibarətik? Bir simulyasiyada yaşamaq nə deməkdir və bunu necə müəyyənləşdirə bilərik? Alp Ər Tunqa həqiqətən ölübmü, yoxsa o sadəcə bir əfsanə idi? Bu suallar ətrafında düşünmək həqiqətən çətin olacaq.
Tarixin ilk simulyasiyaları
Dünyanın yalan olub-olmaması sualı mədəniyyətdən daha əvvələ dayanır. İlk yalan dünyada təxminən ən köhnə ikinci peşə olan hekayəçilik ilə yaradılıb. Məsələn, aborjinlərin Dreamtime hekayələri, bəzi geologlara görə 10 min il əvvəl yaradılmış ola bilər. Fikirləşin, 500 nəsil boyunca ağızdan ağıza gəzən bir qitənin yəni Avstraliyanın gerçək tarixi var. Maraqlısı ondadır ki, ən köhnə nağıllardan olan Gilqamış dastanı da təxminən eyni fikirlərdən ibarətdir. Gilqamış dastanı bizə əfsanə kimi gələ bilər, amma 4000 il sonra belə gerçək tarix dediyimiz şeylərin böyük bir qismini əhatə edə bilir. Nuh Tufanının hekayəsini oxuyan insanlar bu hekayənin ən balaca nüanslarına qədər Gilqamışla eyni olduğunu görəcəklər.
Utanpiştimin (Gilqamışda adı keçən bir kral) ölümsüzlüyünə güldüyümüz halda 900 yaşındakı versiyası olan nədən Nuhu ciddiyə alırıq? İştarın ya da Yunan tanrısı Dionisin yenidən dirilməsini nağıl kimi oxuyub, İsanın hekayətinə isə tarixi bir gerçək kimi baxırıq. Hekayələr ilə gerçəklər arasındakı ayrımımız çox sünidir. Nəyə nağıl, nəyə gerçək deyəcəyimizə sistemli bir şəkildə qərar vermirik. Misal üçün bir qrup bioloq oturub İsanın dirilişinin Dionisinkindən daha real olduğunu hələlik isbat etməyib. Bir müsəlman, yaxud xristian üçün əsas olan, dinin şişirdilmiş hissələrə düzəliş etmək yerinə, hekayələrini sonrakı nəsilə ötürür. Bu, eynilə yaxşı bir milliyətçi olmağın yolunun, genetikadan və ya antropologiyadan deyil, tək bir millət mifindən, ideologiyasından və onun paylaşmağından keçir.
Köhnə qəlplər
Köhnə dastanlardan və miflərdən bizə yadigar qalan əsas miras bu hekayələrin içindəkilər deyil, hekayə üçün quraşdırılan qəlplərdir. Bu qəlpləri funksiya kimi fikirləşin, hekayənin məzmununu isə o funksiyaya verilən dəyərlərdir. Bu qəlpləri tapıb araşdıran insan isə Aristotel idi. Tarixdə ilk dəfə tətbiq edilən üsulların 90 faizi Aristotelə mexsusdur. "The Seven Basic Plots: Why We Tell Stories Yeddi təməl qəlib: Niyə Hekayələr Danışırıq" kitabının yazarı 34 il populyar senariləri analiz edib və bəzi qəlplər çıxardıb. Məsələn, canavarın öhdəsindən gəlmək hekayəsi , Gilqamışdan Harry Potterə qədər uzanan bir qəlp, şablondur. Bu qəlplər sadəcə klassik ədəbiyyat və Hollywoodda işlədilmir, seçim kompaniyalarında reklamlarda da işlədilir. ABŞ-da seçim kompaniyasını izləyən jurnalistin yazdıqlarına baxın, Trampın qalib olmasını necə izah edir:
Seçiciyə, konkret bir şəxsə necə hekayə uydura bilərsiniz? Bu zaman o, bir təhlükə seriyası müəyyən edəcək. Məsələn, köhnə həyat tərzinin itməsindən, Meksikalı köçkünlərdən, Çindən, siyasi elit təbəqədən və qurbanlardan danışacaq. İşlərini itirən insanların timsalında sonra qəhrəmanı ortaya çıxardıb problemi həll edəcək. Sərhədlərdə divarlar tikəcək, köhnə iqtisadi müqavilələri cırıb atacaq. Budur Trampın hekayəsi. Bu Hillarnin hekayəsinə bənzəmir ki?
Məsələ ondadır ki, Hillarnin zəkası,güclü əlaqələri, planları var idi, amma insanları özünə bağlayacaq bir Gilqamış tapa bilmədi. Qəbul etməsək belə siyasi ssenarilərimiz bu gün də min illik formullarla yazılır. Siyasətdən tarixə qədər mənimsədiyimiz bu nağılların çox vaxt fərqinə belə varmırıq, amma bəzən simulyasiyalar ilişir və biz bir hadisəni fərqli bir gözlə görə bilirik. Tarixi misal, ABŞ-ın quruluş mifi buna gözəl bir numunədir.
Azadlıq axtaran köçkünlər köhnə Avropadan çıxıb yeni fikirlərə yelkən açdılar və dil, din, irq ayrımı olmadan bu azadlıq sayəsində zənginləşdilər.
Keçmiş zamanlarda danışılan versiyadır bu, amma o kolonyalarda etnik təmizləmə, quldarlıq, inanc və ticarət azadlığından isə danışmaq mümkünsüz idi. "İstiqlal bəyannaməsi"ndə bütün insanlar bərabər yaradılmışdır" yazan Thomas Jefferson, zəncilərin məntiq və xəyal gücü tərəfindən ağlardan daha geridə olduğunu fikirləşirdi və yüzlərlə qulu var idi. Yəni simulyasiyalar təzələndikcə səhvləri görməyimiz daha da asanlaşır, ancaq köhnə versiyanı yadda saxladığımız müddətcə olur bu. Bunun üçün hadisələrə tarixi baxmalıyıq. Bu hal günümüzdə çox vacibdir, çünki, media bir qara dəlik kimi yanına yaxınlaşanın zaman hissiyatını zədələyir. 5 ildə özünüzü 500 il yaşamış kimi hiss edirik. Bu səbəbdən yaxın keçmiş, tarixin bizə ən uzaq nöqtəsidir.
Homo Fictus
"The Storrytellin Animal" kitabında bizim fikirləşdiyimiz kimi Homo Sapiens deyil Homo Fictus olduğumuz isbat olunur. (Sapiens latınca ağıllı, fictus isə xəyali deməkdir). Möhtəşəm bir təvazökarlıqla özümüzə ağıllı deyərək bizi başqalarından ayıran şeyin ağıl olduğuna inandırmışıq. Amma ağıllı heyvan da var, ağılsız insan da. Xəyal qurma qabiliyyətimiz isə insana məxsus bir keyfiyyətdir. Bunun beynimizin bir oyunu olduğunu deyə bilərsiniz, amma hekayəçiliyin, xəyal qurmanın gücü beynimizin daha mükəmməl təməl mexanizmasına dayanır. Yaxşı bir hekayə dinlədikdə, maraqlı olan hadisələri həqiqətən yaşadığını zənn edirik. Danışılan hekayəni, o hadisələri real olaraq yaşayan biri ilə ona qulaq asan insanın FMRİ dəyərləri eynidir.
Bununla da özünü başqasının yerinə qoymanın ən təbii və ən yaxşı yolunu görürsünüz.
Məhz buna görədir ki, televizyaların sosial məsələlərə təsiri çox böyükdür. Təəssüf ki, belə təsirləri statistiki məlumatlar, yaxud analitik arqumentlər vasitəsilə yarada bilmirik. Məsələn, bir uşağa tövsiyə edirsən ki, heç vaxt tanımadığın adamlarla danışma, amma ilk dəfə o əmri yaddan çıxarır. Amma tanımadığı adamla danışdığı üçün qaçırdılıb qazanlarda qaynadılan bir uşağın hekayəsi həmin uşaqda 22 dəfə daha yadda qalan və təsirli olur. Buna təhsil simulyasiyası deyilir və bunu uşaqlardan daha çox böyüklər istifadə edir.
Məsələn, Adəm qadağan olunmuş meyvəni yeməsi hekayəsi bizə iqtidarın sözündən çıxmanın və həddimiz olmayan şeyləri oxumağımızın pis nəticələrə səbəb olduğunu göstərir.
Bütün bunlardan başa düşmək olar ki, biz rasional olmaq üçün deyil, hekayələrə qulaq asmaq üçün yaranmışıq.Bizlər ən ağıllı Sapienslərin deyil, ən yaxşı hekayə danışa bilən Fictusların nəvələriyik. Bəlkə də bu səbəbdən doğurqanlıqlarını itirmiş qocalara illərcə baxılır. Hekayələr vasitəsi ilə nəsillərin kimliyini bilmək də mümkündür.
Hekayələr, gerçəklər yerinə qəbul etdiyimiz "dərman" deyil, gerçəkləri mənalandırmaq üçün istifadə etdiyimiz təməl, vasitədir.