Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva həbsdə olan Ruben Vardanyanın müraciətinə münasibət bildirib.
Sherg.az xəbər verir ki, Səbinə Əliyeva RİA Novosti-yə açıqlamasında Vardanyanın saxlanma şəraitində ayrı-seçkiliyə məruz qalması ilə bağlı hər hansı faktın müəyyən edilmədiyini deyib.
O bildirib ki, erməni əsilli şəxslərlə, o cümlədən Ruben Vardanyanla istintaq dövründə, məhkəmə prosesləri zamanı və məhkum olunduqdan sonra görüşlər keçirilib və onların hüquqlarının təmin olunduğu müəyyən edilib.
Ombudsmanın sözlərinə görə, məhbusların televiziya, kitab, jurnal və digər vasitələrlə informasiyaya çıxışı, həmçinin zəruri tibbi və psixoloji xidmətlərlə təminatı həyata keçirilir. Məhbusların müraciətləri əsasında müxtəlif dillərdə bədii ədəbiyyat, nəşrlər və qanunvericilik aktları da təqdim olunub.
Xatırladaq ki, Ruben Vardanyan sentyabrın 18-də Azərbaycan Ombudsmanına müraciət edərək saxlanma şəraiti, tibbi və hüquqi məsələlərlə bağlı bir sıra məsələləri gündəmə gətirib və görüş keçirilməsini xahiş edib.