BMT üzən şəhərlər tikməyə çağırıb: Bu, qlobal subasmadan xilas olmaq imkanı verəcək
14:18 05.04.2019
Arxiv
528
Üzən şəhərlər bəşəriyyətə iqlimin dəyişməsi nəticəsində yaranacaq qlobal subasmadan xilas olmaq imkanı verəcək.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT baş katibinin müavini Amina Məhəmməd sabit inkişaf məqsədləri mövzusuna həsr edilmiş tədbirdə çıxışı zamanı deyib.
"İqlim dəyişiklikləri nəticəsində şəhərlərin su altında qalması riskləri artır. Bəzi məlumatlara görə, Banqkok şəhəri hər il 2 santimetr batır və Siam körfəzində suyun səviyyəsi qalxmağa davam edir. Üzən şəhərlər arsenalımızda yeni alətlərdən biri ola bilər. Onlar sabit inkişaf məqsədləri istiqamətində yeni addım olacaq”, - deyə o bildirib.
BMT-nin məlumatına əsasən, əhalisi 300 min nəfərdən yuxarı olan şəhərlərin təxminən 60 faizi yüksək siklon, quraqlıq, daşqın, zəlzələ və vulkan püskürməsi riski qarşısındadır. Artıq belə qurğular bəzi regionlarda istifadə olunur. Məsələn, Sinqapur 1965-ci ildə üzən tikililər vasitəsilə öz ərazisini təxminən 25 faiz artırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə