"Boçarnikov Xəzərin problematikasına bələddir" - Şərh






Rusiya-Azərbaycan münasibətlərində mənfi təsirə yol verməyəcək”.

"Rusiyanın Azərbaycana təyin etdiyi yeni səfir- Mixail Boçarnikovun ölkəmizə münasibəti barədə dəqiq fikir bildirmək çətindir”.

Bunu "Sherg.az”a politoloq İlqar Vəlizadə deyib. Onun fikrincə, M. Boçarnikov təcrübəli diplomatdır və regiona bələd olan şəxsdir:

"Yeni səfir bundan əvvəl Qazaxıstanda fəaliyyət göstərib. Qazaxıstan Xəzəryanı dövlət olduğuna görə, səfir Xəzərin problematikasına bələddir. M. Boçarnikovun fəaliyyəti ən azından Xəzər ətrafı proseslərdə Rusiya və Azərbaycanın əlaqələrinin möhkəmləndirilməsinə gətirib çıxaracaq. Onun praktiki fəaliyyəti Azərbaycan üçün əhəmiyyətlidir”.

Yeni səfirin Dağlıq Qarabağ münaqişəsi istiqamətində fəaliyyəti barədə gözləntilərə gəlincə, İlqar Vəlizadənin sözlərinə görə, M.BOçarnikov burada Rusiyanın mövqeyini saxlamağa çalışacaq:

"Səfir münaqişənin tənzimlənməsi istiqamətində konstruktiv rol oynamalıdır. O yersiz bəyanatlarla çıxış etməyəcək, Rusiya-Azərbaycan münasibətlərində mənfi təsirə yol verməyəcək”.

Qeyd edək ki, dünən Rusiya lideri Vladimir Putinin imzaladığı sərəncama əsasən "Mixail Boçarnikov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Aysel Aslan