Bolqar jurnalisti öldürən şəxs ələ keçdi




Bolqarıstan polisi jurnalist Viktoriya Marinovanı öldürməkdə şübhəli bilinən şəxsi həbs edib. Oxu.Az xəbər verir ki, bununla bağlı "Reuters” agentliyi hökumətdəki mənbəyə istinadla məlumat yayıb.

Dünən Bolqarıstan hökuməti açıqlama vermişdi ki, jurnalistə hücumla bağlı bütün versiyalar araşdırılır.

"Biz deyə bilərik ki, şübhəli şəxs saxlanılıb”, - mənbə bildirib.
Bolqarıstan Daxili İşlər Nazirliyi bununla bağlı şərh verməkdən imtina edib.

Xatırladaq ki, TVN telekanalının jurnalisti 30 yaşlı Marinova oktyabrın 6-da Rus şəhərində qətlə yetirilib.