"Botoks etdirən,qaşını alan "kişi" müğənni hərbi paltar geyinməsin !"

Rahib Qərib:"Şəmistan Əlizamanlı, Azərin kimi ifaçıların vətənpərvər musiqi ifa etməsi hara, hər hoqqadan çıxan müğənninin bu haqda oxuması hara"




"Şou-biznes nümayəndələrinin vətənpərvər klipləri çox sünidir. Onlar hərbi geyimləri elə vəziyyətdə geyinirlər ki, izləyənlərdə ikrah hissi yaradır”.

Bunu "Sherg.az”a tanınmış hərbi jurnalist Rahib Qərib söyləyib. O vurğulayıb ki, hər müğənni vətənpərvərlik mövzusunda klip çəkdirməməlidir:

"Bəzilərinə yaraşmır. Hansısa uzun saqqallı, sifətini "botoks" etdirən, qaşını alan, makyaj edən "kişi" müğənnin hərbi paltar geyinməsi tənqid olunmalıdır. Müğənnilər hərbi formanı adi rekvizit kimi geyinirlər. Hərbi paltar geyinən şəxsin vətənpərvərlik ürəyində olmalıdır. Şəmistan Əlizamanlı, Azərin kimi ifaçıların vətənpərvər musiqi ifa etməsi hara, hər hoqqadan çıxan müğənninin bu haqda oxuması hara. Səviyyə bəllidir”.

Bu məsələ ilə bağlı müğənnilərə məhdudiyyət qoyulmasına gəlincə, R.Qərib deyib ki, bunu hər qurum reallaşdıra bilmir:

"Ola bilər, ali səviyyədə hansısa addım atılsın. Çünki aidiyyəti qurumlar ölkə başçısı göstəriş vermədən addım atmırlar. Hərbi vətənpərvərlik sahəsi ilə məşğul olan təşkilatlar, cəmiyyətlər var, niyə dillənmirlər? Boş, mənasız tədbirlər keçirmək vətənpərvərlik işi deyil. Tək qrant alıb, kənarda durmaqla məsələ yekunlaşmır. Vətənpərvərlik məsələsinə ləkə gətirən adamlar və onların etdikləri tənqid olunmalıdır”.

Aysel Aslan