Bransonun azadlığı gərginliyi azaldacaq - Şərh
12:54 13.10.2018
Arxiv
559
Amerika sanksiyalardan imtina etmək bahasına keşişin buraxılmasına nail oldu
İzmirdə ev həbsində saxlanılan amerikalı rahib Andrey Bransonla bağlı məhkəmə qərarı elan olunub. Məhkəmənin qərarı ilə Bransonun ev dustaqlığı və ölkədən xaricə çıxmasına qoyulan qadağa aradan qaldırılıb. Xatırladaq ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il, iyulun 25-də isə ev dustağı edilib. ABŞ Prezidenti Donald Tramp amerikalı rahibin sərbəst buraxılması ilə bağlı məhkəmənin qərarına münasibət bildirib. Tramp keşiş Bransonla bağlı Vaşinqtonun çox gərgin işlədiyini söyləyib. Məlumat üçün deyək ki, ABŞ-ın "Washington Post” qəzeti daha öncə məlumat yayaraq, rəsmi Ankara və Vaşinqton arasında anlaşma əldə olunduğunu, amerikalı keşişin tezliklə sərbəst qalacağını yazmışdı. Qəzetin iddiasına görə, tərəflər arasındakı razılaşmaya əsasən, Amerika Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldıracaq.
Keşişlə bağlı məhkəmə qərarını və ABŞ-Türkiyə münasibətlərini "Şərq”ə şərh edən politoloq Əhəd Məmmədli deyib ki, rahibin azad edilməsi iki ölkənin münasibətlərində yumşalma əmələ gətirəcək:
"Türkiyənin Amerikanın heç bir ultimatumunu yerinə yetirməyəcəyini anlayan Ağ Ev geri çəkilməyə, Ankara ilə razılığa gəlməyə məcbur qaldı. Amerika sanksiyalardan imtina etmək bahasına keşişin buraxılmasına nail oldu. Lakin tərəflərin münasibəti tam düzələ bilməz. Türkiyə-ABŞ münasibətlərində əsas problem PKK və FETÖ-dür. PKK-nın silahlanması davam edərsə, əlaqələr yenidən gərginləşə bilər. FETÖ liderinin ekstradisiyası həll edilməyənə qədər iki güc arasında problemlər qalacaq. Lakin düşünürəm ki, rahiblə bağlı ilkin razılaşma Türkiyə-ABŞ arasında buzların əriməsinin başlanğıcıdır. Bu yaxınlarda Türkiyənin Menbiçdə anti-terror əməliyyatı gözlənilir. Əgər türk ordusu Suriyadakı terrorçuları tamamilə təmizləyə bilsə, Vaşinqton güclü Türkiyə faktorunu qəbul edəcək. Xatırladım ki, İdlib məsələsində Rusiya Türkiyənin gücünü tanımağa məcbur oldu”.
Analitik maraqlı bir məqama da diqqət çəkib:
"Ərdoğan mesaj verib ki, bu yaxınlarda PKK, YPG və PYD terrorçularına qarşı genişmiqyaslı hərbi əməliyyatlar başlayacaq. Burdan belə qənaətə gəlmək olar ki, Amerika bir keşişə görə terrorçuları himayə etməkdən imtina edib. Məncə, kürd xalqı nəticə çıxartmalıdır ki, qeyri-müsəlman dövlətlərə bel bağlayıb, müsəlman ölkələrinə qarşı vuruşmaq olmaz”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Amerikalıların Moskva və Kiyev səfəri nəyi dəyişirdi?
20:51 07.09.2026
Dünya
"Neftçi" nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib
20:44 07.09.2026
Futbol
Qucaqlaşmaq sadəcə sevgi deyil: Beyində bu prosesləri işə salır
20:36 07.09.2026
Sağlamlıq
Nə Rusiya, nə də Ukrayna kompromisə açıqdır - ŞƏRH
20:27 07.09.2026
Gündəm
Millimiz Moldovaya məğlub oldu
20:10 07.09.2026
Futbol
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya