Britaniyalı politoloq: Paşinyan Dağlıq Qarabağ münaqişəsində status-kvonu qoruyub saxlamağa çalışacaq
13:42 11.01.2019
Arxiv
248
Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsində status-kvonu qoruyub saxlamağa çalışacaq.
Trend-in məlumatına görə, bunu britaniyalı politoloq, Şərqi Avropa və Qafqaz regionu məsələləri üzrə mütəxəssis Tomas de Vaal "Caucasus Watch” nəşrinə müsahibəsində deyib.
Politoloq bildirib ki, Ermənistanın yeni hökuməti tərəfindən, ən azı yaxın zamanlarda, böyük dəyişikliklər gözləmir:
"Paşinyan yalnız status-kvonu qoruyub saxlamağa hazırlaşır və bu, böyük ehtimalla, Azərbaycanın ürəyincə deyil. Azərbaycan indiki status-kvonun saxlanmasının tərəfdarı deyil. Amma təəssüf ki, mənim fikrimcə, Ermənistanın yeni rəhbərliyi bunu istəyir”.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən danışan Tomas de Vaal bildirib ki, bu münaqişə çətin həll olunandır və tez bir zamanda nizamlana bilməz.
Ekspert əlavə edib ki, bu münaqişənin nizamlanması üçün çox zəif beynəlxalq mexanizm mövcuddur:
"6 ATƏT müşahidəçisindən ibarət monitorinq missiyası, eləcə də münaqişənin nizamlanmasında vasitəçi olmağa çalışan həmsədrlik formatında Minsk qrupu var. Ona görə də hər şey hər iki ölkənin liderlərinin iradəsindən və qərar qəbul etməsindən asılıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks