"Bu Forum Bakını bir beyin mərkəzi kimi tanıdacaq" - Kulturoloq





"VI Bakı Beynəlxalq Humanitar Forumunun ölkəmizdə keçirilməsi dünyaya ismarıc verir ki, Azərbaycan qərb və şərqin düşünən beyni, intellektual məkanlarından biridir".

Bunu "Sherg.az" a kulturoloq Aydın Xan Əbilov bildirib. 

Onun sözlərinə görə, dünyanın ən görkəmli tanınmış ictimai- siyasi nümayəndələri Bakıya yığışaraq XXI əsrdə insanlarının qarşısında duran humanitar, mədəni, estetik, kulturoloji problemlərin həlli ilə bağlı baş sındırır. Və burada yeni təkliflər verilir, problemlərin həlli istiqamətində müzakirələr aparılır:

"Forumda aparılan müzakirələr bəşəriyyət, insan oğlu üçün çox əhəmiyyətlidir. Humanitar Forumların bir saytı var. Tədbirdə baş verənlər, aparılan söhbətlər, həll edilən problemlər, açılış və bağlanış mərasimləri forumun öz saytında yerləşdirilir. Həmin materiallar dünyanın müxtəlif media və telekanallarında yayımlanır. Beləliklə də hər kəs Bakını bir beyin mərkəzi kimi tanıyacaq. 21-ci əsrin insanı sosial mediada oturub, virtual aləmdə özünü reallaşdırmaq istəyir. İnsanlar daima özlərini bir obraza salır və müxtəlif müqayisələr olur. 

Bu insan necə olmalıdır? Real həyatda olan mənəvi, ruhi, psixoloji, etik normalar virtual aləmə də keçməlidirmi? İnsanlar sosial mediadan alternativ elektron bilik mənbəyi kimi istifadə edə bilərlərmi? 

Dinindən, irqindən, mənəvi vəziyyətindən aslı olmayaraq hər kəs internet, sosial media və yeni alətlərdən istifadə edərək sivilizasiyalararası dialoqa, mədəniyyətlərarası münasibətlərin möhkəmlənməsinə xidmət edir. Bu yöndə məsələlər əvvəlki forumda olduğu kimi indi də müzakirə edilib. Bu da həm Azərbaycan üçün, həm də bəşəriyyət üçün ciddi olan məsələlərdir”.

Kənan Eynuroğlu