Bu içkilərə öküz sperması qatılır - Dietoloqdan detallı izah
06:55 18.09.2017
Arxiv
609
Bir neçə il əvvəl bir çox Avropa ölkələrində qadağan olunan energetik içki brendləri təəssüf ki, qısa müddətdə Azərbaycana və bütün postsovet ölkələrinə sürətlə yayılıb. Bu içkilərin zərərləri, hətta ölümə səbəb olması barədə yayılan məlumatlar, tələbatı azaltmaq əvəzinə, artırır.
"Sherg.az"ın məlumatına görə, qida mütəxəssisi və dietoloq Leyla Zülfüqarova Medicina.az-a bildirib ki, enerji içkiləri insanları məhvə aparır: "Mən bu içkilərə enerjiverici yox, enerjisovurucu, enerjidağıdıcı içkilər deyirəm. Çünki tərkibində elə maddələrin birləşməsi, yüksək kofein vardır ki, bunların artıq dozada qəbulu insanı məhvə aparır”.
Mütəxəssis bu içkilərlə bağlı daha çox yayılan "Energetik içkilərdə öküz sperması, sidiyi qatılır” şayiələrə də münasibət bildirib: "Energetik içkilərin tərkibində Taurin var. Bu bir amin turşudur. İnsan orqanizmində də, heyvanlarda da ifraz olunur. Bu, daha çox öküzün ödü və spermasında var. Təbii ki, sənayedə insan taurinindən yox, öküzlərdən alınmış taurin istifadə olunur. Energetik içkilər o qədər çox istehsal olunur ki, ehtimal var ki, taurin məhz öküz spermasından qaynaqlanır. Təhlükə təkcə taurin deyil ki. İçkilərin tərkibində şəkər, kofein də çoxdur.
İnsan orqanizminin gündəlik kofein norması 300-400 mq-dır. Gün ərzində çay, kofe, qazlı içkilər, bəzi yeməklərlə kofein dozasını alırıq. İndi təsəvvür edin, bir-iki banka da energetik içki içərsə, orqanizmə sanki kofein bombası düşür, beyin, qan dövranı, ürək, sinirlər ikiqat yüklənir, sürətlə işləyir və 1 saatın içində olan-qalan enerjini də aparır. Halbuki həmin enerji 1 gün bəs edərdi. Ona görə uşaqlar, gənclər yatmır, yatsa da yuxudan doymur, yorğun, halsız, key kimi olur. Nevroz, nevrasteniya, apatiya, yorğunluq, bir sıra beyin pozulmaları başlayır”.
Leyla Zülfüqarova bu içkilərin ölümə səbəb ola biləcəyini istisna etməyib: "Avropada və Rusiyada bu içkiləri çox qəbul edən 1-2 gəncin ölümü faktları var. Azərbaycanda bu fakt var, ya yoxdur, dəqiq bilmirəm. Bəlkə də hər hansı gənc ürək tutmasından vəfat edib, amma heç kim onun energetik içki qəbul edib-etməməyinin fərqinə varmayıb.
Energetik içkilər 2 cür olur: alkoqollu və alkoqolsuz. Alkoqolluda dediklərim ikiqat dozadadır. İstirahət mərkəzlərində masada energetik alkoqollu və digər spirtli içkilər görürük. Bunlar birgə qəbul olunur, bu isə fəlakətdir. Ona görə yollarda vəhşiləşmiş sürücülər artır. Energetik içkiləri davamlı olaraq qəbul edən sürücülər təhlükə mənbəyidir.
Son zamanlar insanlarda vəhşilik, quduzlaşma, canavarlaşma sindromu çoxalıb. Kişilər ətrafa, özünə, ailəsinə qarşı qəddarlaşır. Mənəvi – maddi problemləri önə çəkirlər, amma birinci növbədə nə yeyib-içdiyimizə diqqət yetirməliyik. Xüsusən analar oğlan uşaqları və yeniyetmələri bu içkilərdən uzaq tutmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya