Bu il 30 minədək şəxs işlə təmin ediləcək
09:02 14.01.2019
Arxiv
588
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci ildə sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi ilə yanaşı, sosial sahədə xidmətlərin vahid mərkəzdən şəffaf, operativ və əlçatan şəkildə təşkilinə yönələn mühüm islahatlar ili olub.
Dövlət başçısının 9 avqust 2018-ci il tarixli Fərmanı əsasında və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dövlət sosial xidmətlərinin vahid mərkəzdən operativ və şəffaf şəkildə təqdim olunması təşəbbüsünə uyğun olaraq, ötən il nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və "DOST” mərkəzlərinin yaradılmasına başlanılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, artıq bu layihənin hüquqi və institusional işləri yekunlaşıb və cari ildə Bakıda 3 "DOST” mərkəzinin, ümumilikdə 2019-2025-ci illərdə paytaxtda və respublikanın regionlarında 31 belə mərkəzin yaradılması nəzərdə tutulur. Bu mərkəzlər "bir pəncərə”dən nazirlik üzrə 124 növdə xidmətlərin göstərilməsini təmin edəcək.
ILAN
facebook.com
Daha ətraflı
Native Video by Adributor
Eyni zamanda, Prezident İlham Əliyevin 5 sentyabr tarixli Fərmanına uyğun olaraq əmək, məşğulluq, sosial müdafiə sahələrində elektron xidmətlərin genişləndirilməsi üçün müvafiq addımlar atılıb. Ölkədə ilk dəfə sosial reyestri formalaşdıran, vətəndaşlara onlarla bağlı əmək müqavilələri, məşğulluq, pensiya kapitalı, mənzil və avtomobil növbəsi, əlillik, reabilitasiya və s. üzrə məlumatlara bir ünvanda çıxış imkanı verən "e-sosial” internet portalı yaradılıb. (www.e-sosial.az)
Məşğulluq xidmətlərinin elektron müstəvidə qurulması ilə işsiz və işaxtaran şəxslərin əmək bazarına çevik inteqrasiyasına şərait yaradan "Məşğulluq” altsisteminin yaradılmasına başlanılıb və sistemin qurulması işləri artıq başa çatmaqdadır. "Pensiyaçının dostu” proqramı hazırlanaraq cari ilin əvvəlindən işə salınıb və bununla da elektron texnologiyalar üzərində şəffaf və operativ pensiya təyinatı mexanizmi qurulub. Bu il ərzində pensiya hüququ çatacaq şəxslərdən 70 faizinin pensiya hüququ yaranan gün və heç yerə müraciət etmədən, sənəd təqdim olunmadan məhz elektron qaydada pensiya təyinatı həyata keçiriləcək.
Prezident İlham Əliyevin təşəbbüsü əsasında hazırlanan "İşsizin dostu” proqramı isə haqqı ödənilən ictimai işlərin sistemli və şəffaf şəkildə qurulmasına və genişləndirilməsinə imkan verib. Bu proqram çərçivəsində cari ildə 30 minədək şəxsin əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunması təmin ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol