Bu il 36 min nəfərə pensiya təyin olunacaq
09:01 04.02.2019
Arxiv
541
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, pensiya təyinatının elektron infrastrukturu qurularaq, cari ilin əvvəlindən ölkəmizdə pensiyaların elektron qaydada təyinatına başlanılıb.
Yanvar ayında artıq 3 mindən çox şəxsə avtomatlaşdırılmış qaydada pensiya təyin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, pensiya yaşı (kişilər üçün 64 yaş, qadınlar üçün 61 yaş) tamam olduğu gün həmin vətəndaşlara pensiya təyinatı həyata keçirilib. Həmin gün onlara bu barədə (həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə) "sms”, e-mail və ya rəsmi məktubla məlumat verilib.
Pensiya təyinatının avtomatlaşdırılması bu sahədə vətəndaş-məmur təmasının aradan qalxmasına və şəffaflığın təmin olunmasına imkan verib. Vətəndaşlar pensiya yaşı çatdıqda heç yerə müraciət etmədən və sənəd təqdim olunmadan, nəticədə hər hansı süründürməçilik, bürokratik halla rastlaşmadan onların pensiya hüququ reallaşdırılır.
Xatırladaq ki, 2019-cu ildə pensiya hüququ yaranacaq şəxslərdən 70 faizinə (36 min insan) elektron qaydada pensiya təyin olunacağı proqnozlaşdırılır. Digər 30 faiz şəxslərin sırasına dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və b. daxildir ki, onların da pensiya təyinatının avtomatlaşdırılması istiqamətində işlər aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi rayonlarda işıq olmayacaq
00:58 20.10.2026
Ölkə
Zəngilanın işğaldan azad edilməsindən 6 il ötür
00:17 20.10.2026
Tarix
Bu münaqişə bütün regiona mənfi təsir göstərir - Səfir
23:58 19.10.2026
Dünya
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
22:59 19.10.2026
Futbol
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:44 19.10.2026
Siyasət
Husilər "Saudi Aramco"nun zavodlarına hücum etdilər
22:28 19.10.2026
Gündəm
Azərbaycanda satılan ən bahalı 5 avtomobil - Qiymətlər
21:23 19.10.2026
Maraqlı
Türkiyədə ehsan mərasimində 100-dən çox insan zəhərləndi
21:00 19.10.2026
Hadisə
Fransada gərginlik pik həddə: Küçəyə çıxmaq qadağan edildi
20:50 19.10.2026
Dünya
Sürixdən Şanxaya uçan təyyarə Bakıya məcburi eniş edib
20:42 19.10.2026
Hadisə
MHP-li deputat ağır qəzadan sonra xəstəxanadan evə buraxıldı
20:34 19.10.2026
Hadisə
Niko Kovaç: Biz açıq-aşkar favoritik
20:05 19.10.2026
Futbol
Pezeşkianı Moskvada gözləyirik - Lavrov
19:57 19.10.2026
Region
Rumıniyada məktəbdə bıçaqlı hücum olub, yaralılar var
19:29 19.10.2026
Dünya