Bu il Qətərdə üç stadion istifadəyə veriləcək
20:07 14.01.2019
Arxiv
857
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə XXII dünya çempionatına hazırlıq prosesi çərçivəsində cari ildə bu ölkədə üç stadion istifadəyə veriləcək.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, "Əl-Vakra” və "Əl-Beyt” stadionlarının inşası artıq başa çatmaq üzrədir. Bu arenaların il ərzində açılışı olacaq. Bundan əlavə, paytaxt Dohada "Qatar Foundation Stadium” arenasının da tikintisi ilin sonuna qədər başa çatdırılacaq. Qırx beş min tamaşaçı tutumuna malik olacaq həmin stadion ən müasir texnologiyalarla təchiz ediləcək.
Qırx min tamaşaçı yerlik "Əl-Vakra” stadionu ənənəvi ərəb gəmisi üslubunda tikilib və körfəz dənizçilərinə həsr olunub. Əl-Xor şəhərindəki "Al-Beyt” arenası isə 60 min tamaşaçı yerlikdir və bədəvi çadırını xatırladır.
Qətərin qonaqpərvərliyini nümayiş etdirəcək "Əl-Rayyan” arenasının tamaşaçı tutumu 40 min nəfər olacaq. Həmin stadionun açılışı 2021-ci ilə nəzərdə tutulub.
Ümumilikdə, dünya çempionatı üçün səkkiz stadion tikiləcək və ya yenidən qurulacaq. Bundan əvvəl Dohada 40 min tamaşaçı tutumu olan "Xəlifə” arenası istifadəyə verilib.
XXII dünya çempionatının oyunları 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək yeddi şəhərdə - paytaxt Doha ilə yanaşı, Lusail, Əl-Vakr, Əl-Xore, Əl-Rayan, Ümm-Salal və Mədinət-əş-Şamalda keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi