
“Bu, inqilabi islahatlar zəncirinin növbəti halqasıdır”
10:50 19.06.2019
Arxiv
758
"Bu, insanların rifah halında əməlli-başlı dəyişiklik deməkdir”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi şərhçi, tanınmış jurnalist Azər Həsrət deyib.
Ekspert bildirib ki, minimum əməkhaqqı ilə bərabər müxtəlif sahələrdə işləyən əmək insanlarının da məvacibləri artırılır. Aşağı-yuxarı 40 faiz təşkil edən bu artım həqiqətən də çox ciddi rəqəmlə ifadə edilir:
"Sadə bir örnəklə bunu belə izah etmək olar. Tutaq ki, bir işçi hardasa 600 manat əməkhaqqı alır. Bu artımdan sonra onun əməkhaqqısı 40 faiz artmaqla 600 + 240 = 840 manat edəcək. Yaxud da 1000 manat əməkhaqqı alan işçi artımdan sonra 1400 manat alacaq və s. Ciddi artımdır, elə deyilmi? Elədir! Özü də çox ciddi rəqəmlərlə ifadə edilən bir artım.

Məsələnin iqtisadi tərəflərini iqtisadçılar artıq izah edir. Sahəmiz olmadığı üçün o məsələdən yan keçməli oluruq. Bizi maraqlandıran sadə insanımızın bu artımlardan necə faydalana biləcəyidir. Bu sualın cavabını bilmək üçünsə nəinki iqtisadçı, ümumiyyətlə yüksək savadlı olmağa ehtiyac yoxdur”.
Ekspertin sözlərinə görə, dövlət başçısı İlham Əliyev özünü hər bir Azərbaycanlının prezidenti kimi görür, bunu əməllərində daim büruzə verir, ən sadə vətəndaşımızın yanında yer tutur:
"Cənab Prezident sadə vətəndaşlarımızı – bəzən hansısa səbəblərdən sıxıntı keçirə biləcək insanları hamıdan çox düşünür. Onun bütün fəaliyyəti məhz belə insanların ehtiyaclarının qarşılanması üçün əlverişli şərait yaratmağa köklənib.
Ona görə də mərhələ-mərhələ belə sərəncamlar-fərmanlar verir, sadə vətəndaşın üzünü güldürür. Dünən elan edilmiş əməkhaqqı artımı Prezident İlham Əliyevin 2018-ci ilin aprelində növbəti dəfə bu vəzifəyə seçilməsindən sonra gerçəkləşdirdiyi inqilabi islahatlar zəncirinin növbəti halqasıdır.
Bəli, ölkədə inqilab baş verməkdədir və bu inqilabın müəllifi - öndəri Prezident İlham Əliyevdir! Özü də o, Azərbaycan insanının maraq və mənafelərini rəhbər tutaraq atır bu addımlarını!”.
Tək güvənc yerimiz Azərbaycan dövləti, onun Prezidentidir! Əgər vətəndaşımız bundan sonra bu güvəni davam etdirəcəksə, Azərbaycan insanının rifah halı yenə də yüksəlməyə davam edəcək. Çünki Prezident hər şeydən öncə ən sadə vətəndaşımızı düşünür”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə millisi yenə məğlub oldu
00:59 03.10.2026
Futbol
Türkiyədə silahlı atışma: ölənlər var
00:20 03.10.2026
Gündəm
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol