Bu kənddə hamı villada yaşayır

Çinin bir nömrəli kəndi kimi tanınan Ciangsu əyalətindəki Huaxi kəndi, Çinin ən zəngin kəndidir. 1500 ətrafında əhalisi və ciddi gəliri olan 380 evlik kənddə haradasa hər ailə lüks villalarda yaşayır. Huaxi kəndində hazırda çox mərtəbəli binalar olsa da, kənd eyni zamanda dünyada məşhur bir çox abidə və binanın da bənzərlərinə sahibdir.
Kəndin ağır sənayedən, tekstil və turizmə qədər bir çox gəlir sahələri var. Kəndin mal varlıqlarından əldə edilən qazancın çoxu kəndliyə paylaşdırılır. Keçən il kəndin gəliri çox olduğundan hər ailəyə bir avtomobil hədiyyə edilib.
Huaxi əslində bir kənddən daha çox da imece "təşəbbüs ya da quruluş" kimi fəaliyyət göstərir və kəndlilər də "bu quruluşun səhmdarlarıdır". Kəndin təməl gəlir qaynaqları ağır sənaye, dəmir polad və tekstil olaraq bilinir, ancaq hər keçən gün artan zənginliyiylə özünə yeni qazanc qapıları açır.
Huaxi kəndi yeni başlatdığı turizmlə də ildə ortalama 2 milyondan çox turisti qarşılayır.
Kəndin digər bir maraqlı tərəfi də iki adət vertolyota sahib olmalarıdır.
Kəndin girişində yolların və ətrafın üzü birdən dəyişir. Lüks və geniş villaların yanında lüks avtomobillər diqqəti çəkir.
Kəndi quran və bu hala gətirənlərin başında gələn və öz təbiriylə desək "kəndi "ölü" bir əkinçilik sahəsindən inkişaf etmiş bir sənaye mərkəzinə çevirən" 84 yaşlı keçmiş vali Vu Rınbao, binanın, kəndin tamamilə öz gəliriylə tikildiyini ifadə edir.
Turan