Bu malları ölkəyə gətirmək qadağandır - VİDEO - FOTO
09:17 11.01.2019
Arxiv
482
Elektron ticarət son illər Azərbaycanda da geniş yayılıb. Amma bir çox alıcı və sifarişçi alış-veriş saytlarından istifadədə çətinlik çəkir. Əksəriyyət həmin saytlardan istifadə qaydalarını bilmir.
Milli.Az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Cayhun Babayev - Blogger: "Saytlarda həmin məhsullar haqqında məlumat olur girib baxmırlar".
Bundan əlavə vətəndaşlar sifariş etdikləri malın hansı ölkədən göndəriləcəyi ilə bağlı da məlumatları dəqiqləşdirməlidir. Eyni zamanda, gömrükdə problemlə qarşılaşmamaq üçün hesab fakturası da tələb olunmalıdır.
Fərid Pərdəşünas - Ekspert: "Hesab faktura olmasa, gömrük əməkdaşı o məhsulun qiymətini müəyən edə bilmir. Bu da vaxt itkisidir".
Şəxsi istifadə və biznes məqsədi ilə ölkəyə gətirilən mallara görə ödənilən vergi və rüsumlar da fərqlidir. Dəyəri 1000 manata qədər olan məhsulların sifarişi zamanı bu şəxsi istifadə hesab edilir və sifarişçi yüksək məbləğli ödənişlərdən azad olunur. Amma ekspertlər burada boşluğun olduğunu düşünürlər.
Fərid Pərdəşünas - Ekspert: "Kimsə 5-6 tanışının adına telefon sifariş verir. Maya dəyəri 1000 dollar olmadığından vergiyə cəlb edilmir. Amma o telefonlar şəxsi adı ilə gəlsə də, sonda satışa çıxarılır".
Məsələnin digər tərəfi ölkəyə gətirilməsi qadağan edilən mal və məhsullarla bağlıdır. Amma vətəndaşların çoxu həmin qadağan edilən materiallardan xəbərsizdir.
Bunun üçün DGK və Azərpoçtun rəsmi səhifələrində qadağan olunmuş məhsulların siyahısı var ki, ora baxmaqla öz məhsullarının qadağan olunub-olunmadığını bilə bilərlər.
Ölkəyə gətirilməsinə icazə verilməyən və cinayət tərkibi yaratmayan istənilən mal və material sahibi tərəfindən geri göndərilə bilər. Cinayət tərkibi yaradan malları sifariş edib ölkəyə gətiməyə çalışanlar barədə isə hüquqi ölçü götürülür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hiperaktiv olan uşaqlara valideynlər üçün 10 vacib tövsiyə
03:44 28.05.2026
Cəmiyyət
Çağla özündən 13 yaş kiçik sevgilisi ilə...
03:13 28.05.2026
Şou
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya