"Bu, milli inkişafa qısqanclıqla yanaşan müxalifətçilikdi" - Millət vəkili
14:59 19.02.2019
Arxiv
636
"Hər bir cəmiyyətin siyasi sistemi onun maraqlarını təmin etmək üçün funksional və institusional qrumlar yaratmaqla bunu milli məqsədlərə nail olmanın mexanizmi kimi müəyyənləşdirir”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, dövlət dediyimiz sosial təsisat siyasi sistem tərəfindən idarə olunan xüsusi aparata çevrilir. Bu prosesə cəmiyyəti təşkil edən ən müxtəlif siyasi və ideoloji dünyagörüşün daşıyıcılarının cəlb edilməsi də əslində cəmiyyətin hər bir üzvünü prosesin iştirakçısına çevirmək məqsədi daşıyır:
"Ancaq hazırki mürəkkəb tarixi mərhələdə milli dövlətlərin öz maraqlarını müdafiə etməsi çoxsaylı təhdidlərlə üzləşir və hər gün bir az daha çətinləşir. Çünki tarixin amansız mübarizəsində hər xalq öz maraqlarını qorumalıdır və bu da gərgin rəqabət kontekstində baş tutur. Ona görə də qlobal aktorlar milli dövləti uzun və yorucu rəqabətdə taqətdən salmaq üçün onun öz daxili enerjisindən özünə qarşı istifadə edirlər. Məsələn, ölkədaxili müxalifəti iqtidara qarşı qoymaqla hakimiyyəti zəiflədir və bunu öz maraqlarını təmin etmək üçün bir alərə çevirirlər. Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət və aparılan islahatlar ölkəmizi daha da güclü etdiyi üçün bu rəqiblərimizi ciddi şəkildə narahat edir”.
H.Babaoğlunun sözlərinə görə, son aylarda müxalifətin fəallaşması məhz bu kontekstdə nəzərdən keçirilməlidir:
"Əslində sağlam məntiq onu tələb edir ki, ölkənin inkişafı müxalifəti məmnun etsin. Ancaq bizdə bunun tərsi baş verir. Əldə edilən uğurlar müxalif düşərgəni qıcıqlandırır. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Müxalifətçilik missiyası və Azərbaycanın maraqları” adlı məqaləsində məhz bu problemi analiz edərək ən son siyasi tariximizdə baş verən hadisələr kontestində belə yanaşmanın səbəblərini çoxsayı arqumentlərlə izah edir. Bəlli olur ki, Azərbaycanda müxalifətçilik bir çox hallarda milli məqsədlərə xidmət edən missiya deyil, tam əksinə milli marqlarımıza zərbə vuran alət kimi çıxış edir.
Doğurdan da Əli Kərimli və onun kimi xüsusi missiya yerinə yetirən marginal qrupların fəaliyyəti xalqımızın maraqlarına hesablanmış siyasi fəaliyyətdən daha çox bizə qarşı olanların maraqlarının qorunması kimi qiymətləndirilə bilər.
Diqqət etsək görəcəyik ki, bu müxalifətçilik uğurları qəbul etməyən, milli inkişafa qısqanclıqla yanaşan, xalqın yanında yox, problemlərin yanında olan müxalifətçilikdir. Ona görə də siyasi aktiv fərdlər tərəfindən dəstəklənməyən, sosial siyasi elektoratı olmayan müxalifətçilikdir. Əgər belə olmasaydı, bütün dünyanın təqdir etdiyi inkişafımızı və ölkəmizdə aparılan çoxşaxəli islahatları tənqid, yox təqdir edərdilər.
Çünki milli maraqlarımız bunu tələb edir. Düşünürəm ki, bu kimi məqamları professor Əli Həsənov olduqca doğru analiz edərək Azərbaycanda milli maraqlarımız baxımından Prezident İlham Əliyevin siyasətinə alternariv siyasətin olmadığı qənaətinə gəlir və bu məsələdə tamamilə haqlıdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya