
“Bu qərar verilsə, turizmdən daha çox gəlir götürə bilərik” – Mütəxəssis
15:44 03.04.2019
Arxiv
583
İrandan Azərbaycana gələn turistlərin sayı azalıb. Dövlət Turizm Agentliyindən verilən məlumata görə, turistlərin sayı ötən ildən azalmağa başlayıb.
Agentlikdən bildirilib ki, azalmaya səbəb İranda tətbiq edilən yeni vergilərdir.
Məsələni dəyərləndirən turizm məsələləri üzrə ekspert, iqtisadçı Elxan Vəliyev "Sherg.az”a açıqlamasında bildirib ki, hər bir ölkənin öz qayda-qanunları var:

"Bütün bunlara hörmətlə yanaşmaq lazımdır.
Heç bir bir ölkənin idarəetmə sisteminə, qəbul etdiyi qərarlara müdaxilə oluna bilməz. Ölkəmizə yalnız İrandan turistlər gəlmir. Ümumilikdə Turizim Agentliyi və turizm qurumları yetərli təbliğatlar aparırlar. Azərbaycanda turizmin inkişafı istiqamətində müsbət mənada dəyişikliklər baş verir. Ölkəmizdə turizm bazarı formalaşdırılıb.
Lakin bu bazar yalnız dövlətin marağında olmamalıdır. Turizm şirkətləri onlara yaradılan imkanları düzgün dəyərləndirsələr və özlərini normal səviyyədə təmsil etsələr, İrandan asılı olmarıq. Beləliklə, digər ölkələrdən gələn turistlərin sayı artacaq. Bütün bunlar isə Azərbaycanda turizmin inkişafına, bütövlükdə iqtisadiyyatımıza müsbət təsir göstərəcək. Ona görə də turizm şirkətlərinin üzərinə böyük iş düşür”.
Ekspert bildirib ki, Azərbaycanda turizmin inkişafı üçün yetərli imkanlar yaradılıb:
"Turizm şirkətlərinin özlərinin təklifləri olmalıdır. İran qonşu ölkə olduğuna görə, onsuz da ordan gələndə böyük yayınmalar olub. Sadəcə otellər, marketlər, ticarət mərkəzləri gəlir əldə edirdi. Qondarma yollarla ölkəmizə gələn turistlər olurdu. Onlar avtobusla və digər vasitələrlə gələ bilirdilər. Bu istiqamət üzərində işlər aparılmalıdır.
Çünki Türkiyədə belə bir qanun var ki, hansısa yerə avtobus turu təşkil olunarsa, deyirlər ki, sərhəddən sonra da ancaq bizim avtobuslar istifadə olunmalıdır. Bu zaman turistlərin əksəriyyəti qondarma yollarla hansısa ölkəyə gedirlər. Belə olduqda ancaq hotellər xeyir görürdü. Ona görə ölkəmizdə də belə qərarlar verilməsinə ehtiyac var. Bu zaman hərtərəfli formada gəlir əldə etmək mümkündür”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi