Bu şadlıq sarayının fəaliyyəti DAYANDIRILDI
12:39 10.07.2019
Arxiv
357
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Oğuz şəhərində fəaliyyət göstərən, fiziki şəxs Aydınov Azər Mehrab oğluna məxsus “Tansu” şadlıq sarayında monitorinq keçirilib.
Bu barədə "Sherg.az"a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, agentliyin Şəki regional bölməsinin həyata keçirdiyi monitorinq nəticəsində şadlıq sarayında qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə, eləcədə sanitariya norma və qaydalarına, gigiyena normativlərinə əməl olunmadığı müəyyən edilib.
Məlum olub ki, restoranda isti və manqal yeməklərinin, soyuq qəlyənaltıların hazırlanması, qabların yuyulma prosesi bir bölmədə həyata keçirilir.
Bundan başqa, manqal yeməklərinin hazırlanmasında istifadə olunan ət məhsullarının üzəri açıq şəkildə masada saxlanıldığı, istifadə edilən qazançaların yararsız olduğu, ətin doğranması üçün ayrılmış kötüklərin baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyən olunub.
Yoxlama zamanı zibil tullantılarının atıldığı qabların ağzı açıq şəkildə mətbəxdə saxlanıldığı, restoranda çalışan işçi personalın tibbi müayinədən keçmədiyi, işə başlamazdan əvvəl işçilərin istifadə etməyi üçün soyunub-geyinmə, yuyunma otağının olmadığı məlum olub.
Monitorinq zamanı şadlıq sarayında qida məhsullarının saxlanılması üçün yalnız bir soyuducnun olduğyu, mətbəxdə isə havanlandırma sisteminin olmadığı müəyyən edilib.
Aşkar edilmiş nöqsanlar əsasında qanunvericiliyə əsasən, protokol tərtib edilib və şadlıq sarayının fəaliyyəti məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lukaşenko: Heç vaxt Rusiyaya xəyanət etməyəcəm
14:29 02.10.2026
Dünya
Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq edib
14:25 02.10.2026
Dünya
Gəncədə avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb
14:12 02.10.2026
Hadisə
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə