“Bundan sonra Paşinyan üçün mürəkkəb mərhələ başlayır" - Sabiq XİN başçısı
09:31 10.05.2018
Arxiv
952
"Paşinyanın əsas məqsədi, ona qarşı yönələn daxili qüvvələrə Dağlıq Qarabağla əlaqədar sərt mövqeyini göstərmək idi”.
Bunu "Sherg.az”a Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağ ərazisində çıxışı zamanı Azərbaycanı hədələməsi barədə danışarkən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, Paşinyanın fikirləri Ermənistan-Azərbaycan münaqişəsinə və ya danışıqlara qarşı addım deyil:
"Bundan sonra Paşinyan üçün mürəkkəb mərhələ başlayır. Çünki o hakimiyyəti ələ keçirdi. Artıq növbəti addımı – Serj Sarkisyanın tərəfdarlarını dövlət strukturlarından uzaqlaşdırmağı reallaşdıra bilər. Nəticədə, gərginlik davam edəcək.
N.Paşinyanın Qarabağa səfər etməkdə məqsədi, Qarabağ klanının "məkanında” hansısa bəyanatları səsləndirmək idi. O, Sarkisyan tərəfdarlarının ona qarşı çıxmamağını istəyirdi. Hazırkı proseslərdən müsbət heç nə gözlənilmir. Daxili çəkişmə mərhələsində hər iki siyasətçinin tərəfdarları populist şüarlar səsləndirəcəklər”.
Rusiyanın prosesə müdaxiləsinə gəlincə, T.Zülfüqarov düşünür ki, rəsmi Moskvanın Ermənistana baxışları daha kritikdir:
"Bəzən, elə təəssürat yaranır ki, Rusiya düşmən ölkənin problemlərindən uzaqlaşmaq niyyətindədir. Halbuki, Rusiya Ermənistan-Azərbaycan münaqişəsində ən vacib elementlərdən biridir. Kreml prosesdən çəkilərsə, Ermənistan hər məsələdə öz imkanlarına əsaslanan siyasəti reallaşdırmaq məcburiyyətində qalacaq. Bundan irəli gələrək, daha real mövqeləri nümayiş etdirəcək.
Azərbaycan üçünsə, hər şey olduğu kimi qalır. Real danışıqlar yoxdur, münaqişənin həllində siyasi proses sıradan çıxıb. Bundan sonra dövlətin və ordunun gücünə arxalanmaq lazımdır. Paşinyanın hakimiyyətə gəlməsi isə münaqişənin həlli siyasətində heç nəyi dəyişmir”.
Qeyd edək ki, mayın 8-də Ermənistanın baş naziri seçilən Nikol Paşinyan Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparmağa hazır olduğunu bəyan edib. Ancaq o, bunun üçün rəsmi Bakının heç vaxt qəbul etməyəcəyi şərt də irəli sürüb. N.Paşinyan deyib ki, Dağlıq Qarabağdakı separatçı rejim də danışıqlarda iştirak etməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi isə yeni baş nazirin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ilkin bəyanatlarının doğurduğunu və anlaşılmadığını vurğulayıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou