Təkrar anginalarda infeksiya orqanizmdə oturursa, ürəyi, oynaqları, böyrəyi zədələyə bilir. Müalicə həkimi uşağı bu diaqnozla müayinə etdikdə həmin nahiyələrdəki şikayətlərə də diqqət edir. Ürəkdəki problemlər vaxtında müalicə olunmasa, ciddi fəsadlar yaranır. Oynaqlardakı qüsurlar isə əlilliyə qədər gətirib çıxara bilir”.
"Burun və boğazdakı "artıq ət"i kəsdirməyin ZİYANLARI....
11:30 08.05.2018
Arxiv
2059
"Uşaqların boğazında olan "qlandalar”ın immun sisteminin qorunmasında xüsusi əhəmiyyəti var”.
Bunu "Sherg.az”a həkim Vaqif Qarayev deyib.
Onun sözlərinə görə, ağız boşluğuna daxil olan infeksiya ilk növbədə boğazdakı ət badamcıqlarının toxumaları tərəfindən tutulur:
"Bundan sonra infeksiyaya qarşı mübarizə yaranır, orqanizm öz-özünü tənzimləməyə başlayır. Badamcıqları məhz bu səbəbdən kəsdirmək düzgün deyil. Uşaqlar böyüdükcə, boğazdakı badamcıqların həcmi kiçilir. Böyük insanlarda artıq orqanizm o badamcıqlar olmadan özü-özünü tənzimləyə bilir.
Badamcıqların cərrahi üsulla götürülməsinə xüsusi tibbi göstərişlər olmalıdır. Məsələn, ildə üç dəfədən çox angina diaqnozu ilə xəstələnmə baş verirsə, həkim boğazdakı "artıq ət"in kəsilməsini məsləhət görə bilər. Həmçinin, revmatizm kimi hallarda, elektrokardioqramma müayinələrindən sonra cərrahi müdaxiləyə ehtiyac yaranır.
Təkrar anginalarda infeksiya orqanizmdə oturursa, ürəyi, oynaqları, böyrəyi zədələyə bilir. Müalicə həkimi uşağı bu diaqnozla müayinə etdikdə həmin nahiyələrdəki şikayətlərə də diqqət edir. Ürəkdəki problemlər vaxtında müalicə olunmasa, ciddi fəsadlar yaranır. Oynaqlardakı qüsurlar isə əlilliyə qədər gətirib çıxara bilir”.Vaqif Qarayev onu da əlavə edib ki, valideynlər pul və vaxt tapan anda əsassız şəkildə boğazdakı badamcıqları cərrahi əməliyyat etdirməməlidir:
""Badamcıqlar burun, udlağın bir növ qapısıdır. Tonzillektomiya – badamcıqların götürülməsi əməliyyatı ilə bir əsas olmadan boğazdakı həmin ətləri götürsək, orqanizmdə faringit adlı ciddi xəstəlik yaranır. Bu isə çox çətin müalicə olunan problemdir”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:33 05.11.2026
Cəmiyyət
Putin və Zelenski Türkiyədə görüşə bilər
13:28 05.11.2026
Dünya
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə