Çavuşoğlu Brüsseldə qapalı 5 görüş keçirdi






NATO üzvü olan ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun ardıcıl görüşləri diqqətdən yayınmayıb.

Axar.az xəbər verir ki, Çavuşoğlu həmkarları ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Sessiyanın ilk günündə Almaniya Xarici İşlər naziri Hayko Maas, İslandiya Xarici İşlər naziri Qudlauqur Tur Tordarson, İspaniya Xarici İşlər naziri Xosep Borrell, İtaliya Xarici İşlər naziri Enzo Moavero və rumuniyalı həmkarı Teodor Meleskanu ilə görüş keçirib.

Çavuşoğlunun bütün görüşləri mətbuata bağlı qapılar arxasında baş tutub.