Çavuşoğludan Qarabağla bağlı AÇIQLAMA
09:35 30.12.2020
Arxiv
333
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu 2020-ci ildə ölkəsinin xarici siyasəti barədə jurnalistlərə açıqlama verib.
O, Qarabağ məsələsinə də toxunaraq, 2020-ci ilin ən önəmli məsələlərindən birinin Dağlıq Qarabağ olduğunu deyib:
“Tarixi bir irəliləmə oldu. 30 illik danışıqlar bir nəticə vermədiyi üçün can Azərbaycan döyüş meydanında haqqını geri aldı. Biz də Türk dövləti və türk milləti olaraq sadəcə qardaşımız olduqları üçün yox, həm də haqlı olduqları üçün onları dəstəklədik.
Azad olunan ərazilərin yenidən inşa edilməsi, Naxçıvan dəhlizinin açılması, təxminən 30 ildir elindən-obasından ayrı qalan köçkün qardaşlarımızın geri qayıtması, yenə beynəlxalq səviyyədə danışıqların izlənməsi də daxil olmaqla bu müddətdə Azərbaycana dəstəyimiz davam edəcək”.
O bildirib ki, Rusiya ilə Ortaq Nəzarət Mərkəzi fəaliyyətə başlayır:
“Əsgərlərimiz Azərbaycana gediblər. Dünən Soçidə Lavrovla da bu barədə danışdıq. Bu müddət normal gedərsə, Ermənistan atəşkəsə riayət edərsə, təkcə Azərbaycanın deyil, qonşularının da torpaqlarının bütövlüyünə hörmət edərsə, münasibətlər düzələr. Cənab İlham Əliyevin bu mövzudakı açıqlamalarını yəqin xatırlayırsınız. Cənab Rəcəb Tayyib Ərdoğanın da bu barədə açıqlamalarını eşitmisiniz”.
Çavuşoğlu qeyd edib ki, bu normallaşmadan ən çox Ermənistan və erməni xalqı yararlanacaq. Buna görə də, qarşıdakı müddətdə də Ermənistanın bu düşüncəylə hərəkət edəcəyini gözləyirik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bağlı böyük səhvə yol verdik - Stoltenberq
19:36 16.02.2026
Dünya
Rubio: İranla razılıq asan olmayacaq, amma ABŞ səylərini göstərəcək
19:27 16.02.2026
Dünya
İspaniyada buğa festivalində faciə: Bir tamaşaçı öldü
19:27 16.02.2026
Hadisə
Ərdoğan sabah Efiopiyaya gedəcək
19:18 16.02.2026
Dünya
X sosial şəbəkəsi çökdü
19:11 16.02.2026
Dünya
Rusiya nümayəndə heyəti Cenevrəyə bu axşam yola düşür
18:47 16.02.2026
Dünya
TƏBİB sədrliyinə namizəd şəxs infarkt keçirdi
18:40 16.02.2026
Dünya
Sabah Günəş tutulması baş verəcək
18:33 16.02.2026
Sosial
Rusiya kütləvi hücuma hazırlaşır - Zelenski
18:28 16.02.2026
Dünya
Bu məktəbin tikintisi niyə 4 ildir başa çatmır?
18:20 16.02.2026
Elm və Təhsil
KİV: Hindistan ay ərzində İranla əlaqəli üç tankeri saxlayıb
18:14 16.02.2026
Dünya
Rubio NATO mesajı verdi, Kaya Kallas “tezdir” dedi - POLİTOLOQ
18:03 16.02.2026
Gündəm
Aİ Sülh Şurasının iclasında müşahidəçi statusunda iştirak edəcək
17:55 16.02.2026
Dünya
TƏBİB-in yeni sədri kim olacaq? – Namizədlər…
17:25 16.02.2026
Aktual
Əli Kərimli və Məmməd İbrahimin şikayətləri təmin edilmədi
17:24 16.02.2026
Cəmiyyət