Çavuşoğlu:"İrandakı aksiyanı yalnız Netanyahu və Tramp..."






İranın stabilliyi Türkiyə üçün böyük əhəmiyyət kəsb edir. 

"Sherg.az" "lefigaro.fr"ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlüt Çavuşoğlu söyləyib. 

Diplomat qeyd edib ki, rəsmi Ankara İrana olunan xarici müdaxilələri pisləyir: 

"İrandakı nümayişləri yalnız iki şəxs- İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Donald Tramp dəstəkləyir. Bu da artıq hər şeyin aydın şəkildə ortaya qoyur". 

Xatırladaq ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb.

Tərcümə etdi: Ayyət ƏHMƏD