Cəbhə xəttində toqquşmalar gözləniləndir
11:13 17.02.2017
Arxiv
757
“Amma hazırda istənilən çaxnaşma birbaşa Sarkisyan rejiminin ayaqda qalmasına kömək edir”
Kremlə yaxınlığı ilə seçilən rusiyalı politoloq Sergey Markov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təhlükəli vəziyyətin yarandığını bildirib. Ekspert bəyan edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Münhendə görüşünü keçirməyə çalışacaqlar.
Markovun fikrincə, Rusiya Ermənistanın görüşdə iştirak etməsi üçün təzyiq edə bilər: "Lakin təəssüflə proqnozlaşdırıram ki, bu danışıqlarda nəyəsə nail olunmayacaq. Çünki ötən il "Kazan formulu” çərçivəsində böyük razılaşmanın imzalanması mümkün idi.
Ancaq şans əldən qaçırıldı. Ermənistan rəhbərliyi bunu imzalamaqdan boyun qaçırdı”. Politoloqun fikrincə, Münhen görüşündən sonra böyük hadisələr olacaq: "Qorxu ilə deyirəm ki, ya hərbi toqquşmalar başlayacaq, ya da başqa ciddi şeylər olacaq. Lakin o da dəqiqdir ki, Ermənistan rəhbərliyi Qarabağ münaqişəsinin nizama salınması üzrə öz mövqeyini dəyişməyəcək”. Məlumat üçün bildirək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri fevralın 17-18-də keçiriləcək Münhen Təhlükəsizlik Konfransında görüşə bilər. Rəsmi Bakı hələ 2016-cı ilin dekabr ayında bu görüşə razı olduğunu açıqlayıb. Lakin Ermənistan tərəfi görüşlə bağlı dəqiq cavab verməyib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova da Münhendə görüşün baş tutub-tutmayacağı haqda dəqiq məlumata sahib olmadığını açıqlayıb.
Münaqişə ətrafında cərəyan edən prosesləri "Şərq”ə dəyərləndirən politoloq Rasim Ağayev deyib ki, cəbhə bölgəsində gərginlik ilk növbədə Ermənistan hakimiyyətinə sərf edir:
"Cəbhədə hərbi toqquşmaların geniş miqyas alacağı gözləniləndir. Amma hazırda istənilən çaxnaşma birbaşa Sarkisyan rejiminin ayaqda qalmasına kömək edir. Təmas xəttində vəziyyəti gərgin olaraq saxlamaq Ermənistan prezidentinə hava, su kimi lazımdır. Məlumdur ki, düşmən ölkənin siyasi və iqtisadi cəhətdən necə pis gündə olması erməni ekspertlər tərəfindən də etiraf edilir. Qafqazda Sarkisyan qədər nüfuzdan düşmüş, siyasi karyerasını sıfırlamış ikinci şəxsiyyət tapmaq çətindir. Ona görə də çalışır ki, cəbhədə hərbi toqquşmalar davam etsin və bununla camaatın başını qatsın. Bununla o, hakimiyyətin ömrünü uzatmağa səy göstərir. Məhz bu amillərə görə, Sarkisyan rejimindən sülhlə bağlı hansısa addım gözləmək mənasızdır. Çünki o da yaxşı bilir ki, hər hansı kompramis ölüm fərmanını imzalamaq deməkdir. O baxımdan Münhen görüşü baş tutsa belə, ciddi nəticə gözləməyə dəyməz”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya