Cəbhədə erməni hərbçi öldürülüb





Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan ordusunun bir hərbçisi öldürülüb.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə bu gün 11.00 radələrində baş verib.

Cəbhə xəttində xidmət edən 1999-ci il təvəllüdlü əsgər Hamlet Qriqoryan naməlum şəraitdə aldığı güllə yarasından ölüb.


Hazırda hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.