"Cənub Qaz Dəhlizi" və TANAP Azərbaycanı tranzit ölkəyə çevirir" - EKSPERT

"Bu layihələrin həyata keçməsi Ümummilli lider Heydər Əliyevin və cənab prezident İlham Əliyevin güclü siyasi iradəsi ilə bağlıdır”
Bunu "Sherg.az”a ötən gün açılış mərasimi baş tutan TANAP layihəsinin Azərbaycan üçün əhəmiyyətindən danışarkən  iqtisadçı-ekspert Pərviz Heydərov bildirib.
Onun sözlərinə görə, belə beynəlxalq layihələrin təşkil olunması, çəkilişi, onlara lazimi investisyaların qoyulması siyasi və iqtisadi cəhətdən çox böyük güc tələb edir:
"Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsini irəli sürəndə dünyanın aparıcı ölkələri daxil olmaqla əksər ölkələr buna qeyri-real yanaşdı. Onlar deyirdilər ki, Azərbaycanda bu layihəni həyata keçirəcək üçün nə təbii ehtiyat var, nə də iqtisadi güc. Buna görə də, layihəyə qoyulan xərc özünü doğrulda bilməyəcək. Bundan əlavə Bakı-Tiblisi-Ceyhan boru kəmərinin layihəsi irəli sürüləndə yenə bu layihə dəstəklənmədi. 
Onlar Bakı-Supsa və Bakı-Novorossiyski boru kəmərlərinin bu sahədə yetərli olacağını və bu layihəyə ehtiyac olmadığını bildirmişdilər. Amma Azərbaycanın Ümummilli lideri Heydər Əliyev necə ki, "Əsrin Müqaviləsi”ndə iradə göstərərək bunun imzalanmasına nail oldu, tarixi hadisə yaşatdı, eləcədə Bakı-Tiblisi-Ceyhan layihəsinin həyata keçirdi. 
Sonradan bu layihə özünü doğrultdu. Bu layihənin məğzini Azərbaycan qoyub və yerinə yetirilməsində böyük iradə göstərib. "Cənub Qaz Dəhlizi"nində ideası ortaya atılan zaman bir çox ölkələr qaza təlabatlərının olmasına baxmayaraq bunun əhəmiyyətsiz olduğunu söylədi. Amma Azərbaycan Bakı-Tiblisi-Ceyhanda israr göstərdiyi kimi bu layihənin də təşkilində, həyata keçməsində, reallaşmasında böyük inad nümayiş etdirdi. Bakı-Tiblisi-Ərzurum qaz kəmərinin yenisini təşkil edən "Cənub Qaz Dəhlizi" Azərbaycan qazını Avropa və Türkiyə bazarlarına çıxardı. Şahdəniz yatağından Azərbaycan qazının Avropa və digər ölkələrinin bazarlarına çıxarılması üçün TANAP layihəsinin ideası Azərbaycan tərəfindən irəli sürüldü. Bu layihənin reallaşması üçün yenə Azərbaycan tərəfi böyük iradə nümayiş etdirdi. 
Beləliklə də, TANAP layihəsi meydana gəldi və bunun üzərində müvafiq işlər başladı. Bütövlükdə bütün bu layihələrə 40 milyard dollar vəsait investisiya cəlb olundu. Bunun da əsas hissəsini məhz Azərbaycan qoydu. Bu da Azərbaycanın dövlətinin əhəmiyyətli layihələrin təşəbbüsakarı olmasını və onun həyata keçməsinə böyük səy göstərməsini sübuta yetirir. 
Nəticədə də layihələr reallaşır və tez bir zamanda özünü əhəmiyyətli dərəcədə doğruldacaq. Ümumiyyətlə 2020-ci ildən başlayaraq Azərbaycan TANAP vasitəsi ilə Türkiyə və Avropaya ölkələrinə qaz nəql edəcək. 
Artıq Azərbaycan Bakı-Tiblisi-Ceyhan kəməri vasitəsi ilə öz gücünü bütün bütün dövlətlərə çatdırdı. Azərbaycan "Cənub Qaz Dəhlizi" və TANAP layihələri vasitəsi ilə öz potensialını Avropaya çatdırmaqla yanaşı burada strateji məqsəd də güdür. Bu kəmərlərə digər ölkələrdə qoşulması həm də Azərbaycanı tranzit bir ölkəyə çevirir. 
Gələcəkdə ölkəmiz bundan xeyli gəlir əldə edəcək. Beləliklə də, Azərbaycan bu layihələr vasitəsi ilə dünyada öz sözünu deyəcək. Təbii ki, burada cənab prezident İlham Əliyevin uğurlu və uzaq görən siyasi qərarları, möhkəm iradəsi sonda bu layihələrin reallaşmasında ilə özünü göstərdi”.
Kənan Eynuroğlu