
Cərrahlar niyə ağ deyil, mavi və yaşıl rəngdə xalat geyinirlər ?- Elmi əsasları var
12:18 02.04.2019
Arxiv
973
Fransanın "sciencesetavenir.fr”(elm və gələcək) saytı "həftənin sualı” rubrikasında niyə cərrahlar ağ deyil, mavi və yaşıl rəngli geyimə üstünlük verirlər ? sualına cavab tapıb.
"Sherg.az”ın "sciencesetavenir.fr”ə istinadən xəbərinə görə, cərrahların əməliyyat otağında mavi və yaşıl rəngli geyimi seçməsi təsadüfi deyil. 1914-cü ildən öncə də cərrahlar təmizlik üçün ağ paltar geyinirdilər. Amma sonradan bu ağ rəngin həkimin gözünü yorması məsələsi ortaya çıxdı. Cərrahlar həm gözlərinin yorulmaması, həm də əməliyyat zamanı parıltıdan yaxa qurtarmaq üçün mavi və yaşıl rəngdə xalat geyinməyə üstünlük verdilər. Bundan başqa XIX əsrdə yaşamış elm xadimi Joan Volfqanq Von Qotze qeyd edib ki, bunun elmi əsasları var.
Alim bununla bağlı ən çox istifadə olunan və bir-birinin təsirini azaldan rənglərdən ibarət dairə göstərib.

Və qeyd edib ki, rəssamlar, boyaqçılar, qrafik sənəti ilə məşğul olanlar, dizaynerlər daha çox bu rənglərdən istifadə edirlər. Bu dairəcikdə yaşıl, mavi və eyni zamanda qırmızı da var. Həkimlər əməliyyat zamanı qan görürlər.
Yəni gözləri daha çox qırmızı rəngi görür, ona görə gözləri yorulmasın deyə qırmızı rəngə qarşı olan yaşıl və mavi rəngə üstünlük verirlər. Bu mənada həkimlərin geyimlərindəki mavi və yaşıl rəngin seçilməsi ən uyğun variant hesab olunur. Ağ rəng isə qırmızının təsirini azalda bilmir, əksinə ağ rəngin üzərində qırmızı rəng daha tez əks olunduğu üçün və gözə daha aydın göründüyü üçün həkimlər haqlı olaraq ağ paltar geyinmirlər”.
Tərcümə etdi: Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi