Çexiya Saleh Müslümü Türkiyəyə ekstradisiya edəcəkmi?
08:20 27.02.2018
Arxiv
764
Politoloqlar hesab edirlər ki, məsələ qəlizdir
Ötən gün terrorçu təşkilat olan PYD-nin keçmiş lideri Saleh Müslüm Çexiyanın paytaxtı Praqada saxlanılıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çexiya hökumətindən terrorçu başının Ankaraya təhvil verilməsini istəyib. Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ terrorçu Saleh Müslimin ekstradisiyası üçün dosyenin Çexiyaya çatdırıldığını deyib:
"Saleh Müslimin son Avropa səyahəti çərçivəsində Çexiyada bir oteldə qaldığına dair məlumat bizə daxil olunca Türkiyə İnterpolu onu Çexiyadan tələb etdi. Saxlanılması, müvəqqəti həbsi və ekstradisiya tələbi çatdırıldı. Onlar da lazım olanı etdilər. Hazırda aramızdakı müqaviləyə əsasən görülməli işlər var. Gözləntimiz Türkiyəyə ekstradisiyası istiqamətindədir”.
Məsələ ilə bağlı danışan politoloq Elxan Şahinoğlu deyib ki, PYD təşkilatının keçmiş lideri Saleh Müslümün İnterpolun xətti ilə Çexiyada həbs edilməsi Türkiyənin uğuru sayıla bilər:
"Ancaq məsələ heç də sadə deyil. İndi əsas sual budur. Çexiya Saleh Müslümü Türkiyəyə ekstradisiya edəcəkmi? Məsələ burasındadır ki, Avropadakı PKK militanları və onların Avropanın siyasi kuluarlarındakı dəstəkçiləri əllərindən gələn hər şeyi edəcəklər ki, Saleh Müslüm Türkiyəyə göndərilməsin. Abdullah Öcalanın həbsini xatırlayın. Neçə ölkə PKK-nın liderini Türkiyəyə təhvil verməmək üçün Öcalanı ölkədən-ölkəyə göndərdilər.
Onu əvvəlcə Suriyadan qovdular, oradan Rusiyaya keçdi, sonra İtaliya və Yunanıstana. Ən nəhayət, Keniyada gizli şəkildə həbs olundu və Türkiyəyə gətirildi. Onu da nəzərə almaq lazımdır ki, Çexiyadakı müəyyən mərkəzlərin PYD militanları ilə əlaqələrinə dair informasiyalar dolaşır. Elə Saleh Müslüm də Praqaya getməklə arxayın olub ki, Çexiya polisi onu həbs etməz”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
17:33 17.09.2026
Hadisə
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq