Çingiz Abdullayevə "Şərəf" ordeni təqdim olundu
09:49 11.04.2019
Arxiv
777
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında xalq yazıçısı Çingiz Abdullayevə "Şərəf”, Azərbaycan Dövlət Nəşriyyatının direktoru Azər Mustafazadəyə 2-ci dərəcəli "Əmək” ordenlərinin təqdimedilmə mərasimi keçirilib.
ONA xəbər verir ki, ordenlər mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən təqdim olunub.
Azərbaycan Dövlət Nəşriyyatının fəaliyyətini yüksək qiymətləndirən nazir ilk olaraq Azər Mustafazadəyə 2-ci dərəcəli "Əmək” ordenini təqdim edib.
Daha sonra ölkə başçısının Çingiz Abdullayev haqqında sərəncamını oxuyan nazir onun daimi oxucusu olduğunu bildirib: "Çingiz Abdullayevin Azərbaycan Yazıçılar Birliyində fəaliyyətini yüksək dəyərləndirmək lazımdır. O, əsərlərində üzdə sadə görünsə də, alt qatda çox ciddi problemləri təhlil edir və bu, oxucuların marağına səbəb olur. Buna görə də o, həm ölkəmizdə, həm də xaricdə sevilir. Mən Çingiz Abdullayevi təbrik edir, ona 100 il ömür arzulayıram".
Nazir Çingiz Abdullayevə ordeni təqdim edib.
Çingiz Abdullayev çıxışında bildirib ki, yazıçıya belə qiymət verilməsi Azərbaycan ədəbiyyatının dəyəridir: "Hər bir ədib birinci növbədə öz ölkəsinin yazıçısıdır. Mən də bu məsuliyyəti başa düşürəm".
Xalq yazıçısı Anar çıxışında bildirib ki, Ç, Abdullayev həm Allahın verdiyi istedada malikdir, həm də işgüzardır: "Bu qədər romanı yazmaq üçün çox zəhmətkeş olmaq lazımdır. Dəfələrlə xarici səfərlər zamanı görmüşəm ki, yolda da dincəlməyib, yazıb. Mən ona uğurlar arzulayıram”.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində xidmətlərinə görə Azərbaycanın xalq yazıçısı, görkəmli dedektiv ustası, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev "Şərəf” ordeni, nəşriyyat işi və jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə isə Azərbaycan Dövlət Nəşriyyatının direktoru Azər Mustafazadə 2-ci dərəcəli "Əmək” ordeni ilə təltif ediliblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm