Cocuq Mərcanlı minadan təmizlənir – İŞLƏR BAŞLADI
14:52 13.02.2017
Arxiv
714
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mina və partlamamış hərbi sursatlardan təmizləmə əməliyyatları həyata keçirilir.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Lent.az-a verilən məlumata görə, ilkin mərhələdə texniki tədqiqat işləri aparılaraq, təhlükəsizlik məqsədilə 4 578 kv.m. perimetr xətti, kəndin içərisinə daxil olmaq üçün giriş yolları, yaşayış evləri və onların ətrafı, kommunikasiya xətlərinin keçəcəyi ərazilərdə təmizləmə əməliyyatları aparılıb.
Hal-hazırda Agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində 280 hektar ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatına başlanılıb. Əməliyyatlara 90 nəfər işçi heyəti, 10 baş minaaxtaran it və 3 ədəd mexaniki minatəmizləmə maşını cəlb olunub.
Bildirək ki, təmizləmə əməliyyatları başlanan tarixdən indiyədək 62 066 kv.m. ərazi (27 866 kv.m. əl ilə və 34 200 kv.m. mexaniki üsulla), 11 ev təmizlənib və 5 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843)) tapılaraq zərərsizləşdirilib. Eyni zamanda, kəndin əkin üçün nəzərdə tutulmuş ərazisində də təmizləmə əməliyyatlarına start verilib.
Qeyd edək ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında, gələcəkdə yerli sakinlərin istifadəsi üçün nəzərdə tutulmuş torpaq sahələrində çoxlu sayda minaların mövcud olduğu aşkar olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - VİDEO
15:54 02.10.2026
Cəmiyyət
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
15:49 02.10.2026
Elm və Təhsil