Çörəyin müalicəvi özəllikləri...




Çörək orqanizm üçün zəruri olan vitamin və mineral maddələrin mənbəyidir. 

Sherg. az xəbər verir ki, çörəyin tərkibində kalium, kalsium, maqnium, natrium, fosfor və dəmir var, xüsusən B qrupu vitaminləri ilə zəngindir. 

Bütün bu qiymətli maddələr həm dərimiz, həm də saçlarımız üçün olduqca faydalıdır. İnsanlar asanlıqla əldə olunan qida məhsulunun - çörəyin müalicəvi özəlliklərindən mümkün qədər çox faydalanmağı öyrənə biliblər. 

Məhz qadınlar ilk dəfə olaraq çörəkdən əkcə qida kimi deyil, həm də gözəllik mənbəyi kimi istifadə etməyə başlayıblar.