"...çox kitab oxuyan millət sayılırdıq, amma indi..." - Giley
11:02 28.02.2018
Arxiv
5705
"Boş və mənasız işlərlə məşğul olmaq əvəzinə kitab oxumaq lazımdır”
Bu barədə "Sherg.az”a Yeni yazarlar və ictimai birliyinin sədri, "Kitabxana.net” milli virtual elektron kitabxananın yaradıcısı,kulturoloq Aydın Xan Əbilov bildirib.
Onun sözlərinə görə, Sovet dövründə və indinin özündədə Azərbaycan insanının ciddi ədəbiyyat, kitab mütailəsi ilə bağlı problemi olub:
"Bu problem hər zaman aktualdır.Sovet dövründə kütləvi sürətdə savadsızlığın aradan qaldırılmasına dair qərarlar verildi.Axşam məktəbləri təşkil edilirdi. Əvvəl Ərəb əlifbası sonra kiril əlifbasına keçildi. AXC-nin yaranmasi ilə latın, SSRİ-nin dövründə isə kril əlifbasına keçildi. Müstəqiliyin bərpası ilə bağlı yenidən latın qrafikası tətbiq olundu. Bu da kütləvi oxucu sayına təsir göstərdi. Sovet dövründə də indi də bizim əsas siyasətimiz bütün vətəndaşlara ibtidai və orta təhsil verməkdir.Yəni onların savadlılıq dərəcəsini artırmaqdır.Əvvələr biz İran və Türkiyəyə nisbətən daha çox kitab oxuyan millət sayılırdıq. Amma indi bunu deyə bilmərik. Bəziləri bəhanə gətirir ki, Azərbaycanda müasir səviyyəli kitabxana yoxdur.Bunların hamısı əsassız bəhanələrdir.İndiki dövrdə dünyanın hər yerində elektron kitab, müxtəlif elektron daşıyıcılar, "e-book”lar,smartfonlar və yaxud planşetlər vasitəsi ilə, elektron mətnlərlə tanışlıq daha dəbdədir.
Yazı arxa plana keçib. Artıq informasiyanın yeni innovativ formada- görüntülü, səsli formalarda yayılması halı əhali arasında daha çox yayılıb. Azərbaycan vətəndaşları tənbəlik edir.Özlərini bu məsələdə sığortalamaq üçün deyilər ki, kitab və ya kitabxanalar yoxdur. Kitabın tirajı azdır.Kitabın qiyməti yüksəkdir.İndi hər bir kitabı internetə yükləyirik amma yenə də vətəndaşlarımız oxumur. Yenə də bəhanəsi var ki,mən kitabdan oxuyuram, internetdən oxuya bilmirəm. Bütün bu bəhanələri kənara qoymaq lazımdır. Qız toyu, oğlan toyu,nişan, xına yaxdı, 7 və ya 40 mərasimlərində uzun müddət oturmaq lazım deyil. Retoran, çayxana, şou-proqramlar və əyləncəli yerlərdə vaxt itirmək olmaz. İnsan ömrünün bir saniyəsini də hədər vermədən oxumalıdır. Öz üzərində durmadan işləməlidir. Biz xarici ölkələrdə olanda və ya xarici televiziya kanallarından da görürük ki, hər kəs nələrsə oxuyur. Hazırda ölkəmizdə insanlar öz mədəsi ilə məşğuldur. Daha çox maşın almaq uğrunda vuruşur. Rüşvət almaq və digər mənfi tendensiyaya qurşanıb".
Azərbaycanda kitab mağazalarının çoxaldığını söyləyən kulturoloq diqqətə çatdırıb ki, elektron kitabların sayı durmadan artır:
"Elə bizim "Kitabxana.net" milli elektron virtual kitabxanasında artıq 3 mindən artıq elektron kitab var ki, onlar sərbəst istifadə üçündür. Həmçinin Prezident kitabxanasının da elektron versiyası var. Sadəcə gənclərimiz boş-boş işlərdən uzaq durub kitab oxumalıdır. Öz üzərində işləməli, mütailə etməlidir”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou