"Çoxlu sayda şəhid ailəsi və Qarabağ əlili hələ də evsizdir" - Qənirə Paşayeva
13:21 23.11.2017
Arxiv
685
Milli Məclisin bugünkü iclasında millət vəkili Qənirə Paşayeva Qarabağ müharibəsi veteranlarının müavinətlərinin artırılmasının vacib olduğunu vurğulayıb.
"Sherg.az"ın məlumatına görə, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şəhid ailələri, Qarabağ əlilləri və veteranlarının bu istiqamətdə problemlərinin həlli üçün xüsusi proqrama ehtiyac var. İşlə təminat məsələsində öncüllük şəhid ailələri, Qarabağ əlilləri və veteranlarına verilməlidir. Cəmiyyətdə bunun əleyhinə olacaq heç bir normal insan ola bilməz. Hamı da görsün ki, Vətən üçün şəhid olanın ailəsi, Vətəni qoruyan, onun üçün vuruşan və sağlamlığından keçənlər ilk növbədə işlə təmin olunurlar. Nazirliyi və hökuməti bu məsələyə xüsusi diqqət ayırmağa çağırırıq”.
Millət vəkili şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yaşayış evlərinin tikintisi məsələsinə də toxunub. O bildirib ki, artıq iki ildir millət vəkili seçildiyi Tovuzda şəhid ailələri və Qarabağ müharibəsi iştirakçıları üçün yaşayış evlərinin tikintisi tamam azalıb: "Hazırda çoxlu sayda şəhid ailəsi və Qarabağ müharibəsi əlili hələ də evsizdir. Bu problemin sürətli həlli istiqamətində gələn ilin dövlət büdcəsində nəzərdə tutulan vəsait artırılmalıdır. İstər şəhərlərdə, istərsə də kəndlərdə yüzlərlə şəhid ailəsi və Qarabağ müharibəsi əlili ev növbəsindədir və onların mənzil probleminin tezliklə həll olunması istiqamətində işlərin sürətlənməsinə böyük ehtiyac var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya